İqtisadiyyat

Qarabağın bərpası -  milyardlar xərclənir, şəffaflıq yoxdur

26 May, 2022
3564

Sosial media

Qarabağda şəhərlərin baş planı sifariş olunsa da, satınalmalar barədə məlumat tender reyestrində öz əksini tapmır

İşğaldan azad olunmuş ərazilərdəki şəhərlərin Baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait yönəldilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 25-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib:

“2021-ci ildə azad olunmuş ərazilərin bərpası və yenidənqurma işləri ilə bağlı büdcədən 25 milyon manat vəsait ayrılıb. Eyni zamanda, dağıdılan şəhərlərin bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon manat ayrılıb”.

Samir Şərifov ümumilikdə işğaldan sonrakı bərpa işləri üçün ayrılan iki milyarddan artıq vəsaitin 99 faizinin xərcləndiyini deyib.

Samir Şərifov- "report.az"

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bu ilin aprelin 27-də tender elan edib.  9847.1 AZN-lik tenderi “CİHAN REKLAM AZ” MMC qazanıb. Şirkət qurumu mətbəə məhsulları ilə təmin edəcək.

Digər tender də bu qurum tərəfindən elan edilib və məbləğ 19376.9 AZN-dir.  Nəcəf  Şöhlət Oğlu  Quluyev qurumu dəftərxana və təsərrüfat malları ilə təmin edəcək.

Göründüyü kimi, nazirin qeyd etdiyi ümumi məbləği 74 milyon manatlıq vəsaitin rəsmi olaraq 29.224 manatlıq hissəsi üçün tender elan olunub.

Bəs digər məbləğlər haqqında Dövlət Satınalmalar Agentliyin səhifəsində niyə məlumat yoxdur?

İqtisadçı Azər Mehtiyev hökumətin fəaliyyətində şəffaflıqla bağlı problemlərin Qarabağın bərpasında da müşahidə olunduğunu bildirir. Hətta dövlət satınalmalarının elektron sistemi qurulsa da, işin şəffaflığını təmin etməyin çətinliyindən danışır.

Ekspert deyir ki, Qarabağdakı bərpa işlərinddə bir neçə istiqamətdə qapalı proseslər müşahidə etmək mümkündür.

“Söhbət təkcə ayrılan dövlət vəsaitlərindən getmir. Sual olunur ki, prosesə cəlb olunan şirkətlər hansılardır? Hardan peyda oldu və ya  prosesə necə cəlb olundu? İstər yerli, istər xarici şirkətlərin bu sahədə təcrübələri varmı? Bütövlükdə, Qarabağda həyata keçirilən işlər dövlət satınalmaları əsasında həyata keçirilməlidir. Bütün bu satınalmalarda iri məbləğli layihələrdir. Dövlət qanunvericiliyi görə, bunların tenderlər şəklində həyata keçirilməsi tələb olunur. Ortada bu tenderlər haqqında yetərli məlumat görmürük. Nə tender, nə də müsabiqələrə cəlb olunan şirkətlər barədə yetərli məlumat olmur”.

Şəhərsalma və Arxitektura Komitəsi ölkədə ən şəffaf qurumlardan sayılır. Ölkənin digər şəhərlərinin baş planının hazırlanması üzrə müsabiqələr barədə elektron tender reyestrində müfəssəl məlumat tapmaq mümkündür. Amma nədənsə, işğaldan azad olunan şəhərlərin bərpası ilə bağlı bu məlumatları ictimailəşdirməməyə qərar veriblər. 

Azər Mehtiyev- "Amerikanın səsi"​​​​

A.Mehtiyev söyləyir ki, dövlət büdcəsi hesabına həyata keçirilən layihələrin özləri belə cəmiyyətə açıqlanmır. Müəyyən yol və infrastruktur barədə məlumatlar var. Amma bunların maliyyə tutumu barədə heç bir informativ məlumat yoxdur: “Hökumətin Qarabağda da yeni bir mexanizm ortaya qoyduğunu görmürük”

İqtisadçı işğaldan azad olunmuş ərazilərdə proseslərin etimadlı həyata keçirilməsi üçün hökumətin əlinə şans düşsə də, fərqli yanaşma ortaya qoya bilmədiyini deyir.

Ölkə başçısı İlham Əliyev bu ilin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Qarabağdakı yenidənqurma işləri ilə bağlı danışıb. O proseslərin şəffaf görülməsinə xüsusi diqqət ayrılmasını söyləyib:

“...Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.

Maliyə Nazirliyi və Dövlət Arxitektura və Şəhərsalma Dövlət Komitəsinə bərpa büdcəsinin şəffaflığı ilə bağlı göndərdiyimiz suallara hələ cavab verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo