Açıq mənbələrdən götürülüb
Qarabağda, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün, iyulun 4-də təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Qanuna əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”