Açıq mənbələrdən götürülüb
Özbəkistan Qarabağda, işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək.
"Report"-un məlumatına görə, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib.
"Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək. Biz Füzulidə Özbəkistanda "prezident məktəbi" kimi tanınan yeni tipli məktəb tikəcəyik", - deyə o bildirib.
Rəsmi qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq potensialı böyükdür:
"Əgər 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəmiz 17 milyon ABŞ dolları idisə, 2021-ci ildə 118 milyon ABŞ dolları təşkil edəcək. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı artır, hazırda onların sayı 300-dən çoxdur”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”