Açıq mənbələrdən götürülüb
"Ermənistanın verdiyi xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Bu xəritələrin etibarlılığı 25% olsa da, xəritələrin əhatə dairəsi indiyəcən işğaldan azad olunmuş ərazilərin cəmi 5%-ni əhatə edir".
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında deyib .
Onun sözlərinə görə, üçtərəfli bəyanat imzalandıqdan bəri 224 nəfər mina qurbanı olub.
"224 nəfərdən 139-u həmin mina xəritələri ilə əhatə olunmayan ərazilərdə minaya düşüb. Yəni söhbət təkcə onların xəritəsində göstərilən ərazilərdən getmir, təmas xəttinin arxasında da mina təhlükəsi var. Özü də bu minalar heç bir məntiqə, qaydaya əsaslanmayan şəkildə basdırılıb. Biz hər yerdə sürpriz minalarla rastlaşırıq. Bu, həm də Ottava Konvensiyasının kobud şəkildə pozulması deməkdir", - deyə rəsmi bildirib.
https://toplum.tv/siyaset/ilham-eliyev-zengezur-dehlizi-acilmasa-sulhden-danismaq-cox-cetin-olacaq
Emin Hüseynov məlumat verib ki, ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur.
"Bu ərazinin 16%-i minalardan təmizlənib. Füzuli rayonu üzrə bu göstərici 10-11% ətrafındadır. Digər rayonlarda bu rəqəm daha aşağıdır. Bu, onu göstərir ki, hələ bu istiqamətdə görüləsi işlər çoxdur”, - deyə o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”