Siyasət

İlham Əliyev: "Zəngilandan Naxçıvana yol açılacaq"

21 Oktyabr, 2021
2837

AzərTac

"Zəngilandan Naxçıvana, oradan da Türkiyəyə və Avropaya yol açılacaq"

Bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start veriləcək. 

"Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq", - deyə Prezident qeyd edib.

Prezident bölgəyə səfəri çərçivəsində yeni tikilməkdə olan hava limanındakı işlərlə, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub və Rəqəmsal Elektrik Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. İlham Əliyev və Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında da iştirak ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14 İyul 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Şuşada keçirilən Qlobal Media Forumunda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.  Kreml sözçüsü Dmitri Peskov isə iyulun 14-də jurnalistlərlə söhbətində bu mövqenin yanlış olduğunu deyib.  "Bütün kanallar vasitəsilə, ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik", - o əlavə edib.  Lakin Peskov bu cür fikir ayrılıqlarının ikitərəfli münasibətlər üçün təhlükə yaratmadığını düşündüyünü də deyib.  "Bizim yaxın münasibətlərdə olduğumuz və bu məsələdə bizim qətiyyən razılaşmadığımız mövqeyi bölüşən bir sıra dövlətlər var. Bəli, bu fikir ayrılıqları mövcuddur. Lakin hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas...
Siyasət

Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb 

14 İyul 2026

Toplum TV

Həbsdə olan bir qrup inanclı fəal "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclığa başlayıb.  Jurnalist Arzu Abdullanın "Toplum TV"-yə dediyinə görə, onlar Umbakı Penitensiar Kompleksində saxlanılan, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalovdur.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham olunurlar. Özləri isə əslində peşə fəaliyyətlərinə görə...

Seçilmiş Videolar

Toplum TV loqo