İqtisadiyyat

Rusiya Azərbaycan almasına qoyulan qadağanı aradan qaldırdı

16 fevral, 2021
1382

The Verge

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın 37 müəssisəsinin Rusiyaya alma ixrac etməsinə icazə verib. 

Bu barədə fevralın 16-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Məlumata görə, agentlik Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar təsərrüfatlarda monitorinq aparıb. Bundan əlavə, "Rosselxoznadzor"-un nümayəndə heyəti ilə videokonfrans formatında görüşlər keçirilib. 

Görülən profilaktiki tədbirlərdən sonra Azərbaycanın 37 müəssisəsinin Rusiya alma ixrac etməsinə dair razılıq əldə edilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Komitə: “Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfədən çox artıb”

26 noyabr 2026

sosial medya

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan 896 min 583,57 ton neft məhsulu ixrac edib. İxracın dəyəri 661 milyon 180 min 720 ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikası məlumatlarında bildirilir. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,02 dəfə, həcmi isə 52,5 faiz çox olub. Dünya Bankının BMT-nin “Comtrade” məlumatları əsasında hazırladığı statistikaya görə, Azərbaycan 2025-ci ildə neft məhsullarını 72 ölkə və əraziyə ixrac edib. İxrac istiqamətləri arasında Türkiyə, Gürcüstan, Ukrayna, Əfqanıstan və Bolqarıstanla yanaşı, Ermənistan, İsrail, ABŞ, Fransa və Hindistan da olub. Həmin il Ermənistana 1,21 min ton neft məhsulu ixrac edilib. İxracın dəyəri 788,8...
İqtisadiyyat

Terminal ödənişlərində 500 manatdan artıq məbləğ üçün şəxsiyyət təsdiqi tələb oluna bilər

17 noyabr 2026

sosial media

“MilliÖn” terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürməsi həyata keçirən şəxslərdən rəqəmsal identifikasiya tələb olunacağı deyilir. Yerli medianın məlumatına görə, istifadəçilər şəxsiyyətlərini “Bir ID”, “SİMA” və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür. Bunun üçün istifadəçi terminalda xidməti və ödəniş məbləğini seçdikdən sonra ekranda yaranan QR-kodu müvafiq mobil tətbiqlə skan etməlidir. Təsdiqləmə tamamlandıqdan sonra əməliyyatı həyata keçirmək mümkün olacaq. Bununla yanaşı, 2027-ci il yanvarın 1-dən manatla 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirlərinə tətbiq edilən tam vergi azadolmasının müddəti başa çatır. Hazırda belə depozitlərin faiz gəlirlərinin...

Seçilmiş Videolar

Toplum TV loqo