Manşet

Azərbaycanda “Pfizer” vaksini nə qədər əl çatandır? 

27 Avqust, 2021
6205

Açıq mənbələrdən götürülüb

Mingəçevir sakini Elxan Rəşidov avqustun 20-də birinci doza vaksin vurdurmaq üçün Bərdəyə yollanıb. Onun dediyinə görə, oxuduqlarından və apardığı araşdırmalardan sonra belə bir qənaətə gəlib ki, “Pfizer” vaksinindən istifadə etsin. Amma bu vaksin onun yaşadığı şəhərdə əlçatan olmadığından başqa şəhərə gedib: “Gəncədə ayın sonuna qədər boş növbə yox idi. Mənə yaxın olduğu üçün Bərdə Müalicə Diaqnostika Mərkəzini seçdim”. 

Elxan Rəşidov - Toplum TV 

E.Rəşidovun sözlərinə görə, istədiyi vaksini vurdurmaq üçün əlavə xərc çəkməli olub: “Mən həyat yoldaşımla Bərdəyə avtomobillə getdim, bu da əlavə xərcdir. Amma bu mənim yaşadığım şəhərdə olsaydı, belə bir problem yaşamazdım. Düzdür, effektiv olduğu üçün dəyər. Amma mənə elə gəlir ki, vaksinlər qeyri-bərabər şəkildə bölünüb. Mingəçevir respublikanın 4-cü böyük şəhəridir, nəyə görə burada “Pfizer” vaksini vurulmur? Mən nəyə görə vaksin üçün Bərdəyə getməliyəm?” - o sual edir. 

“Pfizer” vaksini Azərbaycanda nə dərəcədə əl çatandır? 

Azərbaycanda vətəndaşlar iyunun 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə "Pfizer” vaksinindən istifadə edə bilirlər. Hazırda Bakıda Pfizer-BioNTech vaksini üzrə peyvəndlənmə Bakı Sağlamlıq Mərkəzi, Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Caspian İnternational Hospital”, “Leyla Medical Center” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Regionlar üzrə isə “Pfizer” vaksinləri Gəncə Beynəlxalq Xəstəxanası, Lənkəran RMX, Quba RMX və Bərdə Müalicə Diaqnostika Mərkəzində aparılır. 

Mingəçevirdən olan deputat, hakim partiyanın üzvü Aydın Mirzəzadə hesab edir ki, ölkə üzrə məntəqələrin hamısı bütün vaksinlərlə təmin edilməlidir. 

Aydın Mirzəzadə - Sosial media 

“Mingəçevir şəhərində “Pfizer” vaksini vurdurmaq olur ya olmur bilmirəm. Bu artıq TƏBİB-in səlahiyyətində olan məsələdir. Şübhəsiz ki, mən bununla maraqlanacam. Amma vətəndaşın haqlı olduğunu hesab edirəm. Məntəqələrin hamısı ölkəyə gətirilən bütün peyvəndlərlə təmin olunmalıdır. Vətəndaş da hansını istəsə seçə bilməlidir. Yəni bu məsələdə vətəndaşı haqlı hesab edirəm. Digər tərəfdən şadam ki, ona çətin olsa da, başqa bir yerdə istədiyini əldə edə bilib”- deputat bildirir. 

Bununla belə A.Mirzəzadə Azərbaycan hökumətinin Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ən yaxşı peyvəndləri ölkəyə gətirdiyini deyir. 

“7 aya yaxındır ki, ölkədə peyvəndlənmə prosesi aparılmasına baxmayaraq, birinin digərindən üstünlüyü və ya fəsadları barədə məlumat yoxdur. Amma yenə də vətəndaşın seçmək hüququ var. Hansısa bir bölgəyə bir peyvənd, digərinə başqasını vermək düzgün deyil”.

“Pfizer” vaksini həqiqətən effektivdir? 

ÜST-ün məlumatlarında COVID-19 əleyhinə “Pfizer BioNTech” peyvəndinin 95% effektiv olduğu deyilir.

Qurum Pfizer BioNTech peyvəndini 31 dekabr 2020 -ci ildə Təcili İstifadə Siyahısı (EUL)-na daxil edib, peyvəndin keyfiyyətini, təhlükəsizliyini və effektivliyini hərtərəfli qiymətləndirib.

Peyvəndin müxtəlif xəstələrdə təhlükəsiz və təsirli olduğu təsbit edilib. Bura yüksək təzyiq, şəkərli diabet, astma, ağciyər, qaraciyər, böyrək xəstəlikləri olan xəstələr də daxildir. Qurum eyni zamanda peyvəndin 16 yaşdan yuxarı şəxslər üçün də istifadəsini tövsiyə edir. 

Bununla yanaşı immuniteti zəif olan və HİV daşıyıcısı xəstələrə təsirlərinin araşdırılması da tövsiyələr arasındadır. (bax:https://www.who.int/news-room/feature-stories/detail/who-can-take-thepfizer-biontech-covid-19—vaccine

ÜST-ün də məlumatlarından görünür ki, “Pfizer” vaksininin daha çox kateqoriyadan olan şəxslərə tətbiq edilmə imkanlarının çoxluğu və effektivliyinin yüksək olması insanların sözügedən vaksinə marağını artırır. 

Bəs təcrübə nə deyir?... Mənfi cəhəti...?

Həkim Ramin Cavadov da “Toplum Tv”-yə açıqlamasında “Pfizer” vaksininin qoruyuculuğunun yüksək olmasından danışır:

Ramin Cavadov - Sosial media 

“SinoVac”da bu qoruyuculuq 60-70 faizdirsə, “Pfizer”də 90 faizin üzərindədir. Düzdür, “Pfizer” vaksini vurduranlarda yan təsirlər kimi qızdırma, əzələ və oynaq ağrıları daha çox təsadüf edilir. Amma buna baxmayaraq, 2 doza “SinoVac” vaksini vurduranlar üçün də üçüncü doza olaraq “Pfizer” vaksini vurdurmaq daha məsləhətdir”. 

Həkim bunu təsir mexanizmləri baxımından iki fərqli vaksinin orqanizmdə iki fərqli immunitet yaratması ilə izah edir. Onun sözlərinə görə, Avropa ölkələrində bu vaksinin qəbul edilməsi “Pfizer”ə müraciətləri bir az daha artırır. 

Digər tərəfdən R.Cavadov “Pfizer”lə bağlı suallara cavabların zamanla veriləcəyini deyir. O bunu belə əsaslandırır: “Pfizer” yeni texnologiya ilə yaranmış peyvənddir, “SinoVac” isə ənənəvi üsullarla istehsal olunub. Dezavantajı budur ki, kifayət qədər təcrübədən çıxmayıb. Yəni güvənli olması baxımından “SinoVac” daha güvənli, qoruyuculuğuna görə isə “Pfizer” daha effektivdir”. 

“Pfizer”-ə tələbat çoxdur, bəs ölkədə kifayət qədər ehtiyat varmı?

​​Sözügedən vaksini vurdurmaq istəyənlər sentyabr ayı üçün növbələrin tutulduğunu bildirirlər. “Toplum Tv” sözügedən vaksinin vurulduğu klinikalardan “Leyla Medical Center”lə əlaqə saxlayıb. Klinikanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Aytac Kərimli sentyabr ayı üçün “Pfizer” vaksin növbəsinin dolduğunu və səbəbin onlardan qaynaqlanmadığını bildirir. 

"Leyla Medical Center" - Açıq mənbələrdən götürülüb 

“Bu TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bizə verilən randevu sayına görə müəyyənləşdirilir və hazırda yerlərimiz qalmayıb. Hazırda klinikamız üzrə randevu.its.gov.az saytında görünən ən son tarixə uyğun randevu yerlərimiz boşdur”, - A.Kərimli qeyd edir. 

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatlarında “Pfizer” vaksininin məhdud sayda olduğu və buna görə də, yüksək risk altında olan tibb işçilərinə, 65 yaş və yuxarı olanlar da daxil olmaqla peyvəndlənmədə daha çox yaşlı insanlara üstünlük verilməsi tövsiyə edilir. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-də yaydığı birgə məlumatda COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələrini tövsiyə edib. 
2 doza “SinoVac” alan şəxslər arasında 3-cü doza üçün “Pfizer” vaksininə müraciət etmək istəyənlər çoxluq təşkil edir. 
Əksəriyyətin “Pfizer” vaksininə olan marağını və bölgələrdə “Pfizer” vaksinin kifayət qədər əlçatan olmamasını nəzərə alaraq “Toplum TV” TƏBİB-ə informasiya sorğusu göndərib. TƏBİB ünvanladığımız sualları statistik məlumatların əldə edilməsi kimi qiymətləndirib və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilməli olduğunu bildirib. Operativ Qrargahla əlaqə saxlasaq da, suallara cavab almaq mümkün olmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Rusiya 18 tonluq Azərbaycan məhsulunu məhv edib 

14 İyul 2025

Foto: sosial media

Rusiyada Azərbaycandan idxal olunan 18 ton şaftalı və nektarin zərərverici tapıldığı iddiası ilə məhv edilib.  Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Xidməti məlumat yayıb.  Məlumatda deyilir ki, Krasnodar şəhərində anbarda saxlanılan məhsullar Qərb çiçəyi tripsi adlanan zərərverici tapıldığına görə məhv edilib.  Bu zərərvericinin gətirilməsi və yayılması Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən qadağandır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.  2024-cü ildə Azərbaycanın Rusiyaya ixracı təxminən 1,2 milyard dollar təşkil edib və əsasən meyvələr, qoz-fındıq və plastik məhsullardan ibarət olub. Həmçinin, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı ötən ilin ilk 5 ayı ilə müqayisədə bu il 20% artıb.
Manşet

Ukraynalı jurnalist: “Rusiyaya işləyən azərbaycanlılar öldürülüb” 

14 İyul 2025

Foto: Ukrainska Pravda/Reuters

Ukraynalı jurnalist Yuri Butusov Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya işləməkdə ittiham edilərək öldürülən şəxslərin azərbaycanlılar olduğu haqda xəbər yayıb.  Məlumat SBU və ya digər rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.  İyulun 13-də SBU-nun yaydığı bəyanatda daha öncə SBU zabitini öldürən bir kişi və bir qadının həmin gün əməliyyat nəticəsində zərərsizləşdirildiyi bildirilib. Onların milliyəti və ya kimliyi açıqlanmayıb.  “Onların Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) olan kuratoru onlara SBU zabitinin gündəlik rejimini və marşrutlarını müəyyənləşdirmək üçün onu izləməyi tapşırıb, daha sonra isə silah və səsboğanın yerləşdirildiyi gizli yerin koordinatlarını verib”, - bəyanatda qeyd olunub.  SBU zabiti İvan Voroniç iyulun 10-da Kiyevdə öldürülüb.  Ardınca...

Seçilmiş Videolar

Toplum TV loqo