Sosial

Apteklərdə niyə dərman qıtlığı var? - Səhiyyə Nazirliyindən açıqlama

12 Oktyabr, 2022
2021

Açıq mənbələrdən götürülüb

Səhiyyə Nazirliyi bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən oktyabrın 11-də verilən məlumata görə, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

"İstənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər. Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.

https://toplum.tv/multimedia/qiymet-artimi-kiraye-bazarina-da-tesir-edib

O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir", - məlumatda qeyd olunub. 

Dünən Milli Məclisin iclasında deputat Rüfət Quliyev apteklərdən dərmanların tapılmamasına görə rəsmi qurumları tənqid etmişdi: 

"Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. İkincisi, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov  isə açıqlamasında qeyd etmişdi ki, dərman qıtlığının səbəbi Rusiya-Ukrayna müharibəsidir. Deoutatın sözlərinə görə,  bu problemlər nəinki Azərbaycanda, bütün MDB məkanında hiss olunur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo