Foto: sosial media
Bakıda SSRİ bayrağı qaldıraraq videoçəkiliş edən şəxslər həbs olunduğu deyilir.
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlər nəticəsində Abdulla İbrahimli, İbrahim Əsədli və adı açıqlanmayan digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
"İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub", - xəbərdə qeyd olunub.
"Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb", - deyə əlavə olunub.
İstintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Saxlanılan şəxslərdən İbrahim Əsədli ixtisasca həkimdir və Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar