Fransız filosof III Respublika Platformasının siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb
Foto/kollaj: Toplum TV
Siyasi filosof, Strasburq Universitetinin professoru Troy Davis III Respublika Platformasının siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb.
Bu barədə III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli məlumat verib.
Platforma açıqlamasında əməkdaşlığın platformanın "ideoloji və institusional inkişafına mühüm töhfə verəcəyini" bildirib.
Harvard Universiteti məzunu olan Davis demokratik mühəndislik nəzəriyyəsinin banisi hesab olunur.
III Respublika Platforması 2023-cü il dekabrın 7-də bir qrup ictimai-siyasi şəxs tərəfindən Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümü münasibətilə təsis edilib.
III Respublika Platformasının spikeri Akif Qurbanov 2024-cü il martın 6-da həbs olunub.
Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır.
A.Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar