Manşet

Həbsdə olan AXCP fəalı: 7 aydır ailəmlə görüşə, zəngə, təzə paltar götürməyə imkan vermirlər

24 Oktyabr, 2025
405

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan Zeynalovun ittiham olunduğu iş üzrə məhkəmə prosesi başlayıb. 

Bu barədə AXCP sədri Əli Kərimli oktyabrın 23-də "Facebook" səhifəsində xəbər verib. 

Ə.Kərimlinin yazdığına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda K.Zeynalov həbs olunandan bəri, 7 aydır ailəsi ilə nə üzbəüz, nə də telefon zəngi ilə əlaqə qurmasına imkan verildiyini deyib. 

"O, bu 7 ayda tam təcrid vəziyyətində saxlanılıb. Rejim heç ağır cinayətlər törətmiş terrorçuları Kənan bəy qədər kommunikasiyasız saxlamır. 7 aydır ki, Kənan bəyə ailəsilə görüş, hətta telefonla danışıq imkanı belə verilmir. Kənan bəy məhkəmədə dedi ki, məhkəməyə 7 ay öncə həbs olunanda əynində olan paltarla gəlib. Çünki ona indiyə qədər də dəyişəcək paltar çatdırılmasına imkan verilməyib. Qərəz bu həddədir", - Ə.Kərimli qeyd edib. 

İttiham aktında iddia olunur ki, AXCP fəalı bu il martın 21-də Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə mübahisə zəminində qarın nahiyəsindən bıçaqla zərbə endirib. 

"Kənan bəy qarışqanı belə tapdalamayacaq qədər mədəni, inanclı adamdır. Birinci Qarabağ savaşının qazisidir. Savaş zamanı ciddi xəsarət alıb. Belə bir dürüst və mədəni adamı, Qarabağ qazisini "uf" demədən şərləyiblər, üzünə durublar, həbs edəndən sonra da onunla  düşməncəsinə rəftar edirlər. Nəyə görə? Hardandır bu kin? Bu nəyin qisasıdır? Kənan bəyə ona görə acıqlıdırlar ki, əqidəsinə sadiqdir, mənim yanımdadır, bacardığı qədər məni rejimin müxtəlif təxribatlarından qorumağa çalışıb, hədə və şantajdan qorxmayıb", - Ə.Kərimli vurğulayıb. 

Prosesdə vəkil ittiham aktı ilə tanış olmadığı üçün məhkəmə iclası təxirə salınıb.

Hazırlıq iclası 6 noyabr tarixinə təyin edilib.

Kənan Zeynalov martın 22-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.

Əli Kərimlinin digər ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov da uzunmüddətli həbsdədir. Ona 2021-ci ildə terrorizm ittihamı ilə 13 il hökm oxunub. 

AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir, siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo