Manşet

Milli Məclis kazinolara icazə verən qanun layihəsini qəbul edib

8 İyul, 2025
79

Foto: açıq mənbə

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında Azərbaycanda kazinoların fəaliyyətinə icazə verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu barədə "Modern.az" saytı xəbər yayıb. 

Xəbərə əsasən, qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi nəzərdə tutulur. 

Bununla da, kazino oyunları yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində keçirilə bilər.

Milli Məclisin iclasında süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsinin vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcəyi bildirilib.

"Əlavə edilib ki, kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir", - deyə "Modern.az" qeyd edib. 

Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunmuşdu. 

2024-cü ilin oktyabrında Rusiya vətəndaşı olan əslən azərbaycanlı iş adamı və müğənni, Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsində tikdirdiyi “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini səsləndirib. 

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir. Bu çıxışdan sonra hökumətyönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Polislərin sosial müdafiəsi gücləndirilir 

8 İyul 2025

Foto: APA

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında "Polis haqqında" qanuna dəyişikliklər edib.  APA-nın xəbərinə görə, qəbul edilən dəyişikliklərdə polis işçilərinin "sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün" maliyyələ mənbələrinin artırılması nəzərdə tutulur. Bu məqsədlə, müxtəlif cinayətlər nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin, habelə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Həmçinin, dəyişikliyə əsasən, nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.
Manşet

Xəstə anasını xaricə aparmalı olan siyasətçinin ölkədən çıxışına "stop" qoyulub

7 İyul 2025

Foto: sosial media

III Respublika Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.  O, bu barədə iyulun 7-də "Facebook" səhifəsində xəbər verib.  Siyasətçi bildirir ki, bu barədə  onkoloji xəstəliyi olan anasını ölkə xaricinə aparmaq istəyərkən öyrənib. "Anam 6 aydır ki, onkoloji xəstədir. Ağır əməliyyat keçirib və hazırda kimoterapiya alır. Lakin Azərbaycan səhiyyəsinin "peşəkarlığı" sayəsində müalicə nəticə vermir. Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma "stop" qoyulub. Xəstə anam mən olmadan çətin ki, harasa getsin və müalicə...

Seçilmiş Videolar

Toplum TV loqo