Manşet

Xəstə anasını xaricə aparmalı olan siyasətçinin ölkədən çıxışına "stop" qoyulub

7 İyul, 2025
94

Foto: sosial media

III Respublika Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

O, bu barədə iyulun 7-də "Facebook" səhifəsində xəbər verib. 

Siyasətçi bildirir ki, bu barədə  onkoloji xəstəliyi olan anasını ölkə xaricinə aparmaq istəyərkən öyrənib.

"Anam 6 aydır ki, onkoloji xəstədir. Ağır əməliyyat keçirib və hazırda kimoterapiya alır. Lakin Azərbaycan səhiyyəsinin "peşəkarlığı" sayəsində müalicə nəticə vermir. Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma "stop" qoyulub. Xəstə anam mən olmadan çətin ki, harasa getsin və müalicə ala bilsin. İndi biz neyləməliyik? Göz görə-görə anamın ölməyini gözləməliyəm mən?", - o sual edib. 

Əliyev qeyd edib ki, o, heç bir cinayət işində təqsirləndirilmir və "stop"un səbəbi ona aydın deyil.

III Respublika Platforması 2023-cü ilin dekabrında, növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılıb. 

III Respublika Platformasının spikeri kimi Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov seçilib, lakin o, 2024-cü ilin martında "Toplum TV işi" çərçivəsində həbs olunub. 

Platformanın digər üzvü Ruslan İzzətli də "Toplum TV işi" çərçivəsində həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Polislərin sosial müdafiəsi gücləndirilir 

8 İyul 2025

Foto: APA

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında "Polis haqqında" qanuna dəyişikliklər edib.  APA-nın xəbərinə görə, qəbul edilən dəyişikliklərdə polis işçilərinin "sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün" maliyyələ mənbələrinin artırılması nəzərdə tutulur. Bu məqsədlə, müxtəlif cinayətlər nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin, habelə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Həmçinin, dəyişikliyə əsasən, nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.
Manşet

Milli Məclis kazinolara icazə verən qanun layihəsini qəbul edib

8 İyul 2025

Foto: açıq mənbə

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında Azərbaycanda kazinoların fəaliyyətinə icazə verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə "Modern.az" saytı xəbər yayıb.  Xəbərə əsasən, qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi nəzərdə tutulur.  Bununla da, kazino oyunları yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində keçirilə bilər. Milli Məclisin iclasında süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsinin vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcəyi bildirilib. "Əlavə edilib ki, kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir....

Seçilmiş Videolar

Toplum TV loqo