Foto: sosial media
Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov yenidən aclıq aksiyasına başlayacağını deyir.
İctimai fəal Əmrah Təhməzovun məlumatına görə, Səmədov bunu telefon zəngi ilə nənəsinə bildirib.
Bakı Apellyasiya Məhkəməsində verdiyi şikayəti təmin olunmayan fəal sentyabrın 5-dən azadlığa buraxılması üçün quru aclığa başlayacağını xəbər verib.
Təhməzov əlavə edir ki, Səmədov məhkəmə proseslərinin "çox ədalətsiz" keçirildiyini, heç bir günahının sübut olunmadığını deyib.
O, həmçinin, "bütün vicdanlı adamlardan" onun "günahsız olduğunu, sülh və ədalət istədiyi üçün məhbəsə atıldığını" sosial mediada paylaşmağı xahiş edib.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.
Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Amerikanın Səsi
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib