Foto: starrafineri.com.tr
Avropa İttifaqı (Aİ) Türkiyədə yerləşən, Azərbaycana məxsus "STAR" adlı neft emalı zavoduna sanksiya tətbiq edib.
Bu barədə "OC Media" sentyabrın 4-də Aİ sözçüsünə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, sanksiya nəticəsində sözügedən zavodun emal etdiyi məhsullar Aİ ölkələrinə idxal edilə bilməz. Buna səbəb isə zavodun Rusiya xam neftini emal etməsidir.
Sanksiya bu ilin iyulunda Aİ-nin Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar qəbul etdiyi 18-ci sanksiyalar paketi çərçivəsində qüvvəyə minib.
Sanksiyalar paketində məhsullarına idxal qadağası qoyulan 26 qurumun adı çəkilib. Onların arasında Çin, Honq-Konq, Hindistan və Türkiyədə fəaliyyət göstərən 11 logistika şirkəti qeyd olunsa da, neft emalı zavodları ayrıca göstərilməyib.
Lakin "OC Media"nın sorğusuna cavab verən Aİ sözçüsü Anitta Hipper Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus "STAR" zavodunun da həmin paketə daxil olduğunu təsdiqləyib.
Hipper vurğulayıb ki, məqsəd Rusiyanın neft gəlirlərinin kökünü kəsməkdir.
“Bu addım Rusiyanın xam neftinin hər hansı formada Aİ bazarına çıxmasının qarşısını almağa yönəlib və Rusiyanın müharibə aparmaq imkanlarını getdikcə zəiflətməyi hədəfləyən Aİ strategiyasının bir hissəsidir”, - o qeyd edib.
"STAR" neft emalı zavodu əvvəl də diqqət mərkəzində olub. Azərbaycan 2023-cü ilin sonlarında zavodun kreditlərini ABŞ banklarından Rusiya kreditorlarına köçürüb və tankerlərini Rusiya xam neftini daşımaq üçün yenidən təchiz edib.
2024-cü ildə ekoloji nəzarət təşkilatı "Global Witness" bildirib ki, "STAR" zavodunda emal edilən xammalın böyük hissəsi Rusiyadan gətirilərək Aİ-yə ixrac olunub.
Nəqliyyat məlumatları da göstərib ki, 2024-cü ilin əvvəlində zavodda emal olunan xam neftin 90%-dən çoxu Rusiyadan gəlib.
2024-cü ilin ilk rübündə "STAR" zavodu təxminən 1,2 milyard dollar dəyərində Rusiya nefti idxal edib. 2023-cü ilin tamamında isə bu rəqəm 500 milyon dollar təşkil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib
Toplum TV
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”