sosial media
“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problem olduğu bildirilir. Jurnalistin yaxınları onun böyrəyinin fəaliyyətini itirmək riski ilə üzləşdiyini deyirlər.
“Oktyabrın 8-də Aynur Elgünəş həbsxanada ultrasəs müayinəsindən keçib. Ötən ay həkim onun böyrəyində 14 mm ölçüdə daş olduğunu, daşın böyrəyə zərər verdiyini və genişlənmə müşahidə olunduğunu bildirmişdi. Son müayinədə daşın ovularaq 11 mm-ə qədər kiçildiyi müəyyən edilib. Lakin həkim müayinədən sonra daşın böyrəyə ciddi zərər vurduğunu və böyrəyin fəaliyyətini itirmək üzrə olduğunu deyib”, - jurnalistin yaxınları bildirib.
Aynur Elgünəşin yaxınları bildiriblər ki, jurnalist böyrək ağrısından və yüksək təzyiqdən əziyyət çəkir. Onların sözlərinə görə, o, 22 aydır qanunsuz həbsdə saxlanılır və keyfiyyətli tibbi müayinədən məhrumdur.
“Ultrasəs müayinəsini aparan həkim 2-3 aydan bir gəlib sadəcə diaqnoz qoyur, amma Bakı İstintaq Təcridxanasında diaqnoza uyğun müalicə aparacaq həkim yoxdur. Aynur həmçinin II qrup əlildir, çanağında endoprotez var. Həbsxana şəraitində gəzmək üçün əlverişli imkan mövcud deyil. Oturaq həyat tərzi və məhdud hərəkət ayağında şişkinliyə səbəb olur, tez-tez ağrılarının olduğunu deyir”.
Yaxınları jurnalistin səhhətindən narahat olduqlarını, vəziyyətin təhlükəli olduğunu və onun üçün geridönməz nəticələrə səbəb ola biləcəyini bildiriblər.
“Həbsxanada Aynurun xəstəliklərinin müalicəsi üçün yetərli mütəxəssis və təchizat yoxdur. Ona bir şey olsa, kim cavab verəcək? Niyə göz görə-görə günahsız insana əziyyət verirlər?” - deyə jurnalistin yaxınları sual ediblər.
“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”