sosial media
“Toplum TV işi” üzrə 12 il azadlqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbusların dərman və istilik problemi ilə üzləşdiyini bildirir.
Fərid İsmayılov yazır:
“Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbuslar 1 aydan çoxdur ki, zəruri dərmanlarla təmin olunmur. Məhbuslara verilən cavab isə “İdarə dərman göndərmir” olur. Ağır ürək və şəkər xəstələri çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyətə etiraz edən məhbuslara “Gedin şikayət edin, bizim verəcək cavabımız var” deyilir. Havaların soyumasına baxmayaraq, kameralarda hələ də istilik sistemi işləmir. Bu da onsuz da xəstə olan məhbusların vəziyyətini daha da ağırlaşdırır”.
Jurnalistin idiiaları ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
"Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, ötən il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.
Bu il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı təmin edib, üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Abgül Süleymanov 30 sutka həbs edilib