açıq mənbədən götürülüb
İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli barəsində mayın 8-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məmmədli Binəqədi Rayon Məhkəməsinə gətirilərkən “Yoldaş Media”nın fəaliyyətinə görə həbs olunduğunu deyib və “Azad media susdurula bilməz!” deyə qışqırıb.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
Mayın 6-ı axşam radələrindən yaxınları ondan xəbər ala bilməyib.
Bir gün sonra isə APA-da onun Biləcəri qəsəbəsində taksidə yer mübahisəsi üstündə bir nəfəri bıçaqladığı haqqında xəbər gedib.
Həyat yoldaşı Türkan Məmməd isə fəalın şərləndiyini və belə bir ssenari qurulduğunu bildirir.
Əhməd Məmmədli yaxınlarına polis idarəsində telefonunun şifrəsini verməsi üçün döyüldüyünü və elektroşok verildiyini deyib.
O, saxlanıldığı gün 38 gündür aclıq edən Tofiq Yaqublunun məhkəməsi önündən çəkiliş edirmiş.
Məmmədli “Tələbə Güc Mərkəzi” və “D18” hərəkatlarının sədri olub. O, aksiyalarda iştirakı və sosial mediada hökuməti tənqid etməsi ilə tanınır.
Fəal 2022-ci ilin sentyabrında sosial mediada Prezident İlham Əliyevi tənqid edən post yazdıqdan sonra inzibati qaydada 30 sutkalıq həbs olunmuşdu.
Onun ölkədən çıxışına qadağa var idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
VOA
Fərqanə Novruzova