Məhkəmə

Hüquq müdafiəçisi saxlanma şəraitindən narazıdır

8 May, 2025
45

VOA

Həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır.

O, yaxınlarına bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dördnəfərlik kameraya bu yaxınlarda daha bir nəfər salınıb və saxlanılanların sayı beş olub. 

“Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb", - Süleymanlının yaxınları “Azadlıq Radiosu”na deyib. 

Onlar məsələ barədə təcridxana rəhbərliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar.

ABŞ-ın German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

8 May 2025

açıq mənbədən götürülüb

İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli barəsində mayın 8-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Məmmədli Binəqədi Rayon Məhkəməsinə gətirilərkən “Yoldaş Media”nın fəaliyyətinə görə həbs olunduğunu deyib və “Azad media susdurula bilməz!” deyə qışqırıb.  O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Mayın 6-ı axşam radələrindən yaxınları ondan xəbər ala bilməyib. Bir gün sonra isə APA-da onun Biləcəri qəsəbəsində taksidə yer mübahisəsi üstündə bir nəfəri bıçaqladığı haqqında xəbər gedib.  Həyat yoldaşı Türkan Məmməd isə fəalın şərləndiyini və belə bir ssenari qurulduğunu bildirir.  Əhməd Məmmədli yaxınlarına polis idarəsində telefonunun şifrəsini verməsi üçün döyüldüyünü...
Məhkəmə

Jurnalist Ülviyyə Əli həbs olunub

7 May 2025

Fərqanə Novruzova

Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərarı mayın 7-də Xətai rayon Məhkəməsi çıxarıb.  Ülviyyə Əli “Meydan TV” işi ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist Ülviyyə Əli mayın 7-ə keçən gecə saxlanılıb.  Jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb. Vəkili Elvin Ələmovun sözlərinə görə, Ülviyyə Əlinin evində axtarış aparılarkən 6 min avro aşkarlanıb.  Jurnalist pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən yerləşdirdiyini bildirib.  Ülviyyə Əli vəkilə saxlanılarkən zorakılığa...

Seçilmiş Videolar

Toplum TV loqo