Məhkəmə

Həbsdə olan gənc alimin işi üzrə istintaq başa çatıb

10 Fevral, 2025
124

açıq mənbədən götürülüb

Həbsdə olan talış tarixinin tədqiqatçısı İqbal Əbilovun işi üzrə ibtidai istintaq başa çatıb. 

Vəkili Fariz Namazlı bildirib ki, Əbilovun özü və vəkilləri artıq işin materialları ilə tanış olublar.

Cinayət işinin baxılması üçün növbəti həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.

Özü ittihamlarla razılaşmır, həbsini siyasi sifariş sayır.

Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çok siyasi məhbus olduğunu bildirir.

Azərbaycan hakimiyyəti bununla razılaşmır, ölkədə heç kimin siyasi və ya peşə fəaliyyətinə görə təqib edilmədiyini bildirir, bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hüquq müdafiəçisi saxlanma şəraitindən narazıdır

8 May 2025

VOA

Həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır. O, yaxınlarına bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dördnəfərlik kameraya bu yaxınlarda daha bir nəfər salınıb və saxlanılanların sayı beş olub.  “Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb", - Süleymanlının yaxınları “Azadlıq Radiosu”na deyib.  Onlar məsələ barədə təcridxana rəhbərliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,...
Məhkəmə

Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

8 May 2025

açıq mənbədən götürülüb

İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli barəsində mayın 8-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Məmmədli Binəqədi Rayon Məhkəməsinə gətirilərkən “Yoldaş Media”nın fəaliyyətinə görə həbs olunduğunu deyib və “Azad media susdurula bilməz!” deyə qışqırıb.  O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Mayın 6-ı axşam radələrindən yaxınları ondan xəbər ala bilməyib. Bir gün sonra isə APA-da onun Biləcəri qəsəbəsində taksidə yer mübahisəsi üstündə bir nəfəri bıçaqladığı haqqında xəbər gedib.  Həyat yoldaşı Türkan Məmməd isə fəalın şərləndiyini və belə bir ssenari qurulduğunu bildirir.  Əhməd Məmmədli yaxınlarına polis idarəsində telefonunun şifrəsini verməsi üçün döyüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo