sosial media
İctimai fəal Əhməd Məmmədlinin mayın 6-da axşam saatlarında saxlanıldığı bildirilir.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Yaxınların sözlərinə görə, Məmmədli Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və fiziki zorakılığa məruz qalıb.
APA-nın yazdığı xəbərə görə, Məmmədli Biləcəri qəsəbəsində taksidə yer üstündə Vüqar Dünyamalıyev adlı şəxsə bıçaqla xəsarətlər yetirib.
O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham olunur.
Həyat yoldaşı Türkan Məmməd fəalın şərlənildiyini və belə bir ssenari düzəldildiyini bildirib.
Məmmədli “Tələbə Güc Mərkəzi” və “D18” hərəkatlarının sədri olub. O, aksiyalarda iştirakı və sosial mediada hökuməti tənqid etməsi ilə tanınır.
Fəal 2022-ci ilin sentyabrında sosial mediada Prezident İlham Əliyevi tənqid edən post yazdıqdan sonra inzibati qaydada 30 sutkalıq həbs olunmuşdu.
Onun ölkədən çıxışına qadağa var idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Abgül Süleymanov 30 sutka həbs edilib