Məhkəmə

İmran Əliyev: “Saxlanıldığım zaman mənə işgəncə verənlərin məsuliyyətə cəlb olunmasını istəyirəm" 

29 Aprel, 2026
329

Sosial media

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib.

"Abzas Media"nın xəbərinə görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən "Meclis.info" saytının rəhbəri İmran Əliyev sərbəst ifadə verib.

İ.Əliyev çıxışında ABŞ səfirliyindən və beynəlxalq təşkilatlardan maliyyə aldığını, lakin vergi ödədiyini bildirib. 

O, daha sonra 2024-cü ilin aprelində Bakıda hava limanında saxlanıldığı zaman zorakılığa məruz qaldığını deyib. 

"Hava limanı ərazisindən zorla çıxarılaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gətirildim. Yolboyu və daha sonra idarədə başımda qara torba olub, zorakılığa məruz qalmışam. Ara-sıra başımdan torbanı çıxararaq sənədlərə imza atmağımı tələb edirdilər. Bunların hamısı vəkilim olmadan edilirdi. Sənədlərlə tanış olmaq, yaxud nəsə fikir bildirmək istəyəndə mənə elektrik verib şillə-yumruq vuraraq deyirdilər ki, ‘gecdir, evə, arvad-uşağın yanına getməliyik’”, - o bildirib. 

İ.Əliyev ittihamları rədd edib, həbsinin siyasi sifariş olduğunu və ictimai fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıdığını deyib. O, dövlət ittihamçısı və məhkəmə heyətinin suallarını cavablandırmaqdan imtina edib.

İ.Əliyev daha sonra vəsatətlər verib. O, saxlanıldığı zaman ona işgəncə verən şəxslərin məsuliyyətə cəlb olunmasını, ibtidai istintaq dövründə müdafiə hüququnun pozulması faktının tanınmasını, istintaq zamanı qəbul edilən qərarların qanunsuz hesab edilməsini, həmin qərarları qəbul edən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını və iş materiallarında olan video və audio sübutlarla tanış olmaq üçün şərait yaradılmasını istəyib. Məhkəmə yalnız sonuncu vəsatəti təmin edib. 

Növbəti məhkəmə prosesi mayın 5-ə təyin edilib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində ötən ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo