sosial media
Mayın 12-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə müdafiə tərəfi vətənə xəyanət maddəsi ilə ittiham olunan gənc alimə qarşı heç bir sübutun olmadığını deyib və məhkəmədən onun üçün bəraət istəyib.
Əbilov isə məhkəmədən son sözünü demək üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi mayın 15-ə təyin olunub.
Ötən prosesdə dövlət ittihamçısı İqbal Əbilova 19 il cəza istəyib.
Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, Əbilova çıxarılacaq hər hansı hökm “elmin, azad sözün və etnik kimliyin cəzalandırılmasıdır”.
Bəyanatda əlavə olunur ki, Əbilov heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.
O, Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Abzas Media