Məhkəmə

Məhkəmə “Kanal 13”-ün rəhbərini həbsdə saxlayıb

12 May, 2025
192

sosial media

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Mayın 12-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb (APA).

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edib, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib

İbtidai istintaqın nəticəsinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

İmran Əliyevin işində şahidlər dindirilməyə başlanıb 

1 İyul 2025

Foto: sosial media

İyulun 1-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb.  İfadə verən Elçin Hüseynzadə adlı şəxs bildirib ki, ibtidadi istintaqda 1 il əvvəl dindirilib və həmin vaxt dediyi heç nəyi xatırlamır. Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib. Proses şahid ifadələri ilə davam edəcək. İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.   Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona...
Məhkəmə

Özünü təqsirli bilirsən? - İlkin Əmrahov yazır

1 İyul 2025

Foto: sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı, “Toplum TV işi” üzrə həbsdə olan  İlkin Əmrahov istintaq təcridxanasından yazır.   Növbəti “məhkəmə” prosesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyev qondarma cinayət işi üzrə özümü təqsirli bilib - bilməməyimi soruşacaq.   Bəli, mən özümü ondan ötrü təqsirli bilirəm ki, uşaq yaşlarından ailədə insanlara ləyaqət və hörmət göstərməyi əsas tutan tərbiyə ilə böyümüşəm.   Təqsirim var, çünki, kitaba, elmə maraq göstərmişəm. Siyasi idarəetmə fakültəsində ali təhsil almışam. İnsan hüquqlarına söykənən, insana ən ali dəyəri verən demokratik - hüquqi dövlət anlayışı haqqında müəyyən qədər fikirlərim formalaşıb.   Təqsirkaram, özümü inkişaf etdirmək, bilik və bacarıqlarımı artırmaq istəmişəm....

Seçilmiş Videolar

Toplum TV loqo