Abzas Media
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Bakıda yerləşən xarici ölkələrin səfirliklərini mayın 13-də baş tutacaq “Abzas Media işi” üzrə məhkəmə prosesində iştirak etməyə çağırıb.
Bu barədə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ofisi sosial media hesablarında paylaşım edib.
Təşkilat çağırışını “Abzas Media işi” üzrə həbsdə olan jurnalist Nərgiz Absalamovanın azad edilməsi üçün apardığı kampaniya çərçivəsində edib.
Çağırışda “Abzas Media” əməkdaşlarının 2023-cü ilin noyabrından həbs olunduqları xatırladılır və Azərbaycan hakimiyyətindən onlara qarşı ittihamları geri götürmək tələb olunur.
“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar.
İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.
Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media