Məhkəmə

Jurnalist Aytac Tapdıq: “İstintaq evlənməyimə icazə vermir”

23 Aprel, 2025
1524

sosial media

“Meydan TV”nin həbs olunan əməkdaşı Aytac Əhmədova (Tapdıq) saxlandığı təcridxanada nikaha daxil olmaq hüququnun pozulduğunu deyir.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist bildirir ki, yanvar ayından nikaha daxil olmaq üçün ərizə yazsa da, zəruri prosedurlardan keçməsinə icazə verilmir. 

O qeyd edir ki, “Meydan TV işi” ilə məşğul olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Samir İsmayılov öncə jurnalistə bunun problem olmadığını desə də, sonradan icazə verilmədiyini bildirib.

“Bu isə bu qanunsuz qadağanın BŞBPİ-dən yox, əsl “istintaq qrupundan” gəldiyini göstərir. Saxta ittiham əsasında həbs edilməyim azmış kimi, heç bir rəsmiyyətə dayanmayan, qeybdən gələn səs nikah bağlamağıma veto qoyur”, – Tapdıq həbsdən yazır.

Jurnalistin evlənmək istədiyi şəxs isə heyvan haqları fəalı Kamran Məmmədlidir.

Ötən ilin noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransında təkadamlıq etiraz aksiyası keçirdiyi zaman mühafizə xidməti tərəfindən saxlanılan Məmmədliyə qarşı ölkədən çıxış qadağası var.

“Bu qadağa həm mənim, həm də evlənmək istədiyim insan haqları və heyvan haqları müdafiəçisi Kamran Məmmədlinin fəaliyyətinə yönəlmiş təzyiqdir. Necə ki, jurnalist fəaliyyətimə görə üzləşdiyim qaçaqmalçılıq ittihamı tamamilə qanunsuzdur, eləcə də rəsmi nikahıma qarşı verilən şifahi rədd cavablarının heç bir hüquqi əsası yoxdur”, - Tapdıq bildirir. 

2016-cı ildə Müsavat Partiyasının üzvü Nigar Yaqublunun həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi ilə evlənməsinə də əngəl yaranması geniş müzakirə mövzusu olmuşdu. 

Həmin vaxt 4 saylı “ASAN xidmət” nikahı bağlamaqdan imtina etsə də, bir gün sonra nikah bağlanmışdı. 

2024-cü il dekabrın 6-da  Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Meydan TV-yə aidiyyəti yoxdur.

Jurnalist Şəmşad Ağa bu ilin fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb və barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Fevralın 20-də isə jurnalist Nurlan Libre də bu işlə əlaqəli saxlanılıb və barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və barəsində 1 ay 9 gün müddətinə həbs qərarı verilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo