Məhkəmə

Kommunist fəallar barədə 3 ay həbs qətimkan tədbiri seçildiyi bildirilir 

27 Noyabr, 2025
277

Foto: sosial media

Noyabrın 26-da saxlanılan kommunist fəallar Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunub.

Noyabrın 26-da mətbuatda yayılan xəbərlərdə qeyd olunurdu ki, polis əməliyyatı nəticəsində Bakıda SSRİ bayrağı ilə yürüş keçirmiş Abdulla İbrahimli, İbrahim Əsədli və adı açıqlanmayan başqa bir şəxsin kimliyi müəyyən edilərək onlar saxlanılıb.

Həmçinin qeyd olunurdu ki, həmin şəxslərin “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına” ofis icarəyə götürdüyü və ofisdə keçirilən reyd zamanı “kommunist ideologiyasının təbliğinə dair materialların” götürüldüyü müəyyən edilib.

Saxlanılan şəxslərin ittihama münasibəti hələlik məlum deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kommunist fəallara 1,5-2 il həbs cəzası verilib

29 İyul 2026

sosial media

Ötən ilin noyabrında Bakıda SSRİ bayraqları ilə yürüş etdikdən sonra həbs olunmuş kommunist fəalların məhkəmə prosesi sona çatıb.  İyulun 29-da Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, fəallardan İbrahim Əsədli və Abdulla İbrahimli 2, Elçin Bayramlı və Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərdən İ.Əsədli son sözündə həbsini siyasi sifariş adlandırıb. "Azərbaycanın sovet keçmişini xalqın yaddaşından silmək istəyirlər. Qorxurlar ki, 30 illik fiaskonu camaat görər. Bunlar...
Məhkəmə

Avropa Mətbuat Azadlığı Mərkəzi "Toplum TV işi" üzrə hökmü qınayır

29 İyul 2026

ecpmf.eu

Avropa Mətbuat Azadlığı Mərkəzi (ECPMF) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayan bəyanat yayıb.  İyulun 28-də verilən bəyanatda deyilir ki, hökm Azərbaycanda müstəqil jurnalistikaya qarşı "davam edən repressiyaların ciddi şəkildə dərinləşdiyini göstərir və ölkədə artıq xeyli daralmış azad və tənqidi jurnalistika üçün mövcud məkanı daha da məhdudlaşdırır."  "İttihamlar Azərbaycanın məhdudlaşdırıcı media qanunvericiliyindən qaynaqlanır. Həmin qanunvericilik müstəqil media qurumlarının xarici maliyyə dəstəyi almasını faktiki olaraq mümkünsüz edir. Maliyyələşmə mexanizmlərinin kriminallaşdırılması isə hakimiyyət tərəfindən müstəqil jurnalistikanı hədəfə almaq və tənqidi səsləri susdurmaq üçün istifadə olunan alətə çevrilib", - deyə qeyd olunub.  ECPMF bu hökmü Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı "susdurmaq məqsədilə cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo