Dünya

NYT: “İran Ukraynaya ballistik raket zərbəsi endirməyi nəzərdən keçirib”

29 İyul, 2026
19

sosial media

Tehran Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynanın dəniz limanlarından birinə raket zərbəsi endirməyi nəzərdən keçirib.

Bu barədə "The New York Times" (NYT) adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, intensiv diplomatik səylər nəticəsində hazırda vəziyyəti sabitləşdirmək mümkün olub.

Mənbələrdən birinin sözlərinə görə, İranın Ukraynaya simvolik xarakter daşıyan, nisbətən kiçik döyüş başlığına malik ballistik raket atacağı gözlənilirdi. Digər mənbələr isə mümkün hədəfin Ukraynanın Qara dənizdə yerləşən limanlarından biri ola biləcəyini bildiriblər.

NYT qeyd edir ki, İranın Ukraynaya istənilən raket zərbəsi münaqişənin ciddi şəkildə eskalasiyasına səbəb ola və Tehranla Kiyev arasında daha genişmiqyaslı qarşıdurma riskini artıra bilər. Bu, həm də İranın Rusiya ilə müttəfiqliyi fonunda baş verəcək yeni gərginlik kimi qiymətləndirilir.

Nəşrin məlumatına görə, İran rəsmiləri mümkün cavab zərbəsindən sonra gərginliyin azalacağına ümid etdiklərini bildiriblər. Qərb rəsmiləri isə Ukraynanın belə bir hücuma necə cavab verəcəyini əvvəlcədən proqnozlaşdırmağın çətin olduğunu deyiblər.

İran hakimiyyətinə yaxın analitik Mehdi Rəhməti bildirib ki, ölkədə bəzi siyasi dairələr Ukraynaya cavab zərbəsini dəstəkləsə də, digərləri təmkinli davranmağın tərəfdarıdır.

"Ukrayna kiçik və əhəmiyyətsiz ölkə deyil. Onun döyüş təcrübəsi var və ABŞ ilə Avropanın hərbi-texniki dəstəyini alır. Bu müharibədə yeni cəbhə açmaqla heç nə qazanmayacağıq", - deyə Rəhməti bildirib.

NYT əlavə edib ki, hazırkı gərginliyin nə qədər müddət nəzarət altında saxlanılacağı hələ də qeyri-müəyyəndir.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçı iyulun 26-da Ukrayna prezidenti Volodimir Zelenskini Xəzər dənizində İrana məxsus kommersiya gəmisinə hücumda ittiham edib. Onun sözlərinə görə, hücum nəticəsində bir dənizçi həlak olub və Tehran bu addımın "cavabsız qalmayacağını" bəyan edib. Zelenski isə iyulun 25-də Ukrayna ordusunun Xəzər dənizində İrana məxsus hərbi yük daşıyan gəmilərə zərbələr endirdiyini açıqlayıb. Bundan sonra İran Ukraynanın ölkədəki diplomatik nümayəndəsini Xarici İşlər Nazirliyinə çağıraraq ona nota təqdim edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “İran müharibənin ilk günlərindən Rusiyaya silah və dronlar verib”

27 İyul 2026

President.gov.ua

Ukrayna prezidenti Volodimir Zelenski İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə görə Kiyevin cavab verməli olacağı barədə xəbərdarlığına münasibət bildirib. Zelenski “Sky News”-a müsahibəsində deyib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Moskvanı pilotsuz uçuş aparatları (PUA), silah və hərbi texnologiyalarla dəstəkləyib. Onun sözlərinə görə, Tehran müharibənin ilk ilində Rusiyaya minlərlə "Şahed" dronu göndərib, daha sonra isə həmin dronların Rusiyada istehsalı üçün texnologiya və lisenziyalar təqdim edib. Zelenskinin açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçının Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin "cavabsız qalmayacağı" barədə bəyanatından sonra səslənib. İran tərəfi bildirib ki, hücum nəticəsində kommersiya gəmisində partlayış baş verib....
Dünya

Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"

27 İyul 2026

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) ölkəsinə qarşı qəbul etdiyi sanksiyalardan danışıb.  O, iyulun 27-də Dumada çıxışı zamanı deyib ki, Qərb ölkələri bu sanksiyalarla rekord qırır. "İki meyar üzrə rekord qırırlar: həm tətbiq edilən sanksiyaların sayına görə, həm də onların faydasızlığına görə. Bu sanksiyaların vurduğu zərər isə ilk növbədə onların müəlliflərinə və təşəbbüskarlarına, eləcə də bəzi Avropa ölkələri və digər dövlətlərin xalqlarına dəyir", - o əlavə edib.  Putin çıxışının digər hissəsində Ukraynada davam edən müharibəyə toxunaraq deyib ki, ölkəsi "qarşıya qoyulan bütün məqsədlərə çatacaq".  İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket çərçivəsində 48 fiziki və...

Seçilmiş Videolar

Toplum TV loqo