Məhkəmə

“Azər Qasımlı işi”: ‘Təhdid var idisə, niyə polisə şikayət etmədin?’

11 Dekabr, 2025
116

Foto: açıq mənbə

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. A.Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub.

Sənədlər oxunduqca müdafiə tərəfi Q.Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” A.Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

A.Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Q.Yusifovun ona olan borcu ilə əlaqədar Mingəçevir məhkəməsində iş açılıb və həmin prosesdə Q.Yusifovun atası dindirilib, lakin o, hər hansı təhdiddən danışmayıb. Q.Yusifov cavab olaraq bildirib ki, həmin vaxt “məsələni şişirtmək istəməyiblər”. Başqa bir cavabında isə ümumiyyətlə Mingəçevir məhkəməsindəki prosesdən xəbərsiz olduğunu iddia edib.

Q.Yusifov A.Qasımlı üçün “bitcoin” aldığını da inkar edib. Lakin müdafiə tərəfi sənədlərə əsaslanaraq vurğulayıb ki, Yusifovun atası Mingəçevir məhkəməsində oğlunun bunu etiraf etdiyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin edilib.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyətinə bağlı olduğunu bildirir.

A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcu qaytarması üçün hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”,-o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı razılığa gəliblər ki, borc aylıq şəkildə hissə-hissə qaytarılsın və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bunu görən siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S.Qasımlı deyib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında A.Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV” əməkdaşı, jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir. "Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, 2025-ci il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.  F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  Jurnalist məhkəmə çıxışlarının birində həbsini belə təsvir edib: “Yanvarın 17-də səs-küyə yuxudan ayıldım. Yatağıma maskalı şəxs tullanıb, əllərimi bağladı. Üzərimdə oturub, hərəkət etməyimə imkan vermədi. Təxminən 10 polis evi axtardı. İlk öncə elə başa düşmüşdüm ki, evə oğurluğa giriblər, polis yazısını görəndə rahatlamışdım. Yenə hüquq...
Məhkəmə

"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb

17 Yanvar 2026

İllustrasiya: Meydan TV

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə məhkəmə prosesi keçirilib.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktlarını oxumağa davam edib.  Bu zaman təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanada zorakılığa məruz qaldığını, bununla bağlı vəsatət vermək istədiyini deyib. Hakim isə dövlət ittihamçısının çıxışını davam etdirməli olduğunu deyib.  Dövlət ittihamçısının çıxışı isə üç saat çəkib. O, bu müddət ərzində yalnız "Meydan TV"-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) və Bakı Jurnalistika Məktəbinin direktoru Ülvi Tahirli barəsindəki ittiham aktlarını tamamlaya bilib.  Hakim təqsirləndirilən jurnalistlərin zalda olan yaxınlarına xəbərdarlıq edərək onları məhkəmə zalından çıxarmaqla...

Seçilmiş Videolar

Toplum TV loqo