Sosial media
Həbsdə olan hökumət tənqidçisi və ingilis dili müəllimi Dəyanət Çələbinin ittiham olunduğu iş üzrə məhkəmə prosesi başlayıb.
"Azadlıq Radiosu"nun xəbərinə görə, mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müəllimin vəkili Aqil Layıc vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib.
O bildirib ki, cinayət işi materiallarında yer alan, müvəkkilinin başqa bir şəxsə xəsarət yetirməsi barədə ekspertiza rəyi həbsdən düz dörd ay sonra tərtib olunub.
A.Layıc digər bir vəsatətlə cinayət işinə xitam verilmədiyi halda müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. O əlavə edib ki, D.Çələbi ailəsinin yeganə qazanc mənbəyidir və himayəsində azyaşlı uşaqları var.
Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.
Vəkil həm də təqsirləndirilən şəxsin şüşə qəfəsdə deyil, onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət verib. Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.
Sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınan Dəyanət Çələbi ötən il dekabrın 22-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işində iddia olunur ki, o, başqa bir şəxsə xəsarət yetirib.
D.Çələbi isə özünü təqsirli bilmir və şərlənərək həbs olunduğunu deyir.
O, həbsindən bir gün öncə "Facebook" hesabında bu sözlərin yer aldığı status yazmışdı: "Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu".
Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu deyir. Azərbaycan hakimiyyəti isə bunu rədd edir, ölkədə insanların fikirlərinə görə həbs olunmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”