Məhkəmə

"İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər"

26 Avqust, 2025
147

Foto: VOA

"Abzas Media"nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasında qadın məhbuslarla rəftar barədə məktub yazıb. 

"Abzas Media"nın dərc etdiyi məktubda E.Qasımova hərəsi 3 mərtəbə olmaqla 8 korpusdan ibarət təcridxanada yalnız bir mərtəbənin qadınlara ayrıldığını bildirib. 

"Kişilərin saxlanıldığı mərtəbələrdə say maksimum 100 nəfər olsa da, 150, bəzən 200 nəfərə çatan qadınlar cəmi bir mərtəbəyə sığışdırılıb. Buna görə yaranan sıxlıq, yer, yataq çatışmazlığı və özü ilə gətirdiyi bir çox maneələrlə qadınlar baş etməli olurlar. Səslərini çıxarıb etiraz edəndə də nəzarətçilərdən bir söz eşidirlər: “Özünüzü kişilərə göstərirsiniz?”", - o qeyd edib. 

Jurnalist qadın məhbusların geyimi, makiyajı, davranış tərzi, hətta danışıq tonuna qadın nəzarətçilərin müdaxilə etdiyini yazıb. 

"Mərtəbələrin dəhlizlərinin ortası açıqdır, lambrinlərlə örtülüb. Hər mərtəbədə olan danışıqlar digər mərtəbələrdə eşidilir. Qadınların səsi yüksələn kimi nəzarətçilərin ilk dediyi “Ayıbdır, kişilər eşidir” olur. Burada qadınların hər hərəkəti kişi gözü ilə saf-çürük edilir", - o bildirib. 

"Qadınları dizdən yuxarı ətəklə və ya bədənə kip oturmuş şalvarla görən nəzarətçi səsini başına atıb “Bu, nə geyimdir? Kişilər var”, “Uzun geyin, kişilər var”, “Pomadan çox deyil? Kişilər var”,- deyə gileylənirlər. Qadın məhbuslar kameralarına geri qaytarılır və geyimləri kişilərin tələblərinə uyğunlaşdırılır", - jurnalist əlavə edib. 

E.Qasımova ardınca təcridxanada qadınların şəxsi yazışmalarına müdaxilələri təsvir edib. O yazıb ki, qadın məhbusların kişilərə yazdığı məktublar müsadirə olunur, oxunur və bütün təcridxana boyu məsxərəyə qoyulur. 

Rəhbərliyin qadın məhbuslara münasibətinə toxunan jurnalist bildirir ki, təcridxana rəisi Elnur İsmayılov demək olar ki, qadınların korpusuna baş çəkmir. 

Onun sözlərinə görə, rəis müavinləri Cavid Güləliyev və Əhəd Abdiyev də qadın məhbusların geyim və makiyajına qarışmaya bilmir. Güləliyevin hətta qadın nəzarətçilərlə də kobud danışdığı qeyd olunur. 

Digər rəis müavini Arif Heydərovun isə qadınlara hətta fiziki zorakılıq etdiyi bildirilir. 

"O, qadınlara yumruq, təpik vuraraq təhqiramiz sözlər işlədir. Haqqında yazılan şikayətlərlə bağlı nə təcridxana daxilində araşdırma aparılıb, nə də prokurorluq təhqiqat başladıb. Bu cəzasızlıq onun əl-qolunu daha da açır, zorakılıq hərəkətlərini artırır", - jurnalist vurğulayıb. 

E.Qasımova bütün pis rəftara baxmayaraq, təcridxana rəisi və Ədliyyə Nazirliyinin hər il 8 martda qadın məhbuslara qızılgül və kosmetika verdiyini deyib. 

"İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər. Və “dostunuz”, “qardaşınız“la başlayan təbriklər kamera-kamera dolaşır. Təcridxanadakı alçaldıcı davranışlar isə o qızılgüllər solmamış yenidən başlayır", - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

"Atasının hesabına hakim olan biri öz iradəsilə qərar verə bilməz" 

27 Avqust 2025

Foto: Abzas Media

Avqustun 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi baş tutub.  Təqsirləndirilən şəxslər əvvəlcə hakim heyətinin tərkibinə etiraz ediblər.  "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı Z.Əhmədovun prokurorluqdakı vəzifəsindən xaric edildiyini və müəmmalı şəkildə hakim təyin edildiyini deyib.  "Zəfər Əhmədov atası, keçmiş millət vəkili Vahid Əhmədovun sayəsində bu vəzifəyə gəlib. O, öz iradəsilə qərarlar qəbul edə bilməz. Yalnız ona verilən göstərişləri yerinə yetirər. Ona görə də, bu hakim heyətinin tərkibinə etiraz edirik”, - o bildirib.  Hakim heyəti vəsatəti rədd edib və məhkəmə eyni tərkibdə davam edib.  Daha sonra müdafiə tərəfinin vəkilləri vəsatətlərlə çıxış ediblər...
Məhkəmə

Həyat yoldaşı: “Polad Aslanovun sağlamlığı ilə oynayırlar”

22 Avqust 2025

Foto: sosial media

“Xəbərman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova jurnalistin müayinə cavablarının qəsdən gecikdirildiyini bildirir.  Avqustun 21-də “Facebook” səhifəsində xəbər verən Aslanova deyir ki, həyat yoldaşı iyulun 18-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində ultrasəs müayinəsindən keçsə də, cavablarını hələ də ailəyə vermirlər.  “Cəzaçəkmə müəssisəsində onu müayinə edən Müalicə Müəssisəsinin həkim əməkdaşı şifahi şəkildə Polad Aslanova qaraciyərində problemin olduğunu söyləyib. Polad Aslanov dəfələrlə 15saylı Cəzaçəkmə Müəssisəsinin həkimindən  müayinə cavablarını tələb etsə də vermirlər”, - o qeyd edib.  Həyat yoldaşı jurnalistin müayinə nəticələrinin verilməməsinin qəsdən edildiyini düşünür.  “Məqsədli şəkildə Polad Aslanovun müayinə cavabını gecikdirməklə qaraciyərində bizə məlum olmayan problemin daha...

Seçilmiş Videolar

Toplum TV loqo