Məhkəmə

“Fazil Məmmədovun tapşırığı olmadan xəzinədəki seyf açılmazdı” 

28 Noyabr, 2024
107

hüquq.az

Bakı Ağır Cinayətlər Məhkəməsində “Şlyapa Zahid” kimi tanınan keçmiş hərbçi Zahid Niftəliyevin məhkəməsi davam edir. O, 42 milyonluq mənimsəmədə təqsirləndirilir. Məhkəmə iclasına hakim Novruz Kərimov sədrlik edir.

Zahid Niftəliyevə qarşı irəli sürülmüş ittihama görə, o, kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 aya 42 milyon 470 min 885 manat kredit alıb. Onun krediti təyinatı üzrə istifadə etmədiyi, geri qaytarmadığı və bununla da xüsusilə külli miqdarda ziyan vurduğu bildirilir. 

Ötən məhkəmə iclasında Zahid Niftəliyev ifadə verərək bildirmişdi ki, Müdafiə Nazirliyində mülki işçi olarkən bankdan götürdüyü pulları keçmiş qərargah rəisi Nəcməddin Sadıkova verib. Artıq məhkəmə bu iş üzrə şahidləri dindirir. Sonuncu məhkəmə iclasında ifadə verən “Atabank”-ın əməkdaşı Xamiz Süleymanov Zahid Niftəliyevi tanımadığını, ona kredit ayırmadığını, xəzinədə işləmədiyini vurğulayıb. O bldirib ki, vəzifəsi pulların sayılması və bankomatlara yüklənməsi olub. Hakimsə şahidə istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət olduğunu xatırladıb və onun əvvəlki ifadəsini elan edib. 

Xamiz Süleymanov istintaqa verdiyi ifadəsində bankın əsas xəzinə zirzəmisində çalışdığını yazıb: “... Zirzəmidə iki pul seyfi vardı. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyfdə isə qeyri- rəsmi ayrılan pullar idi. Həmin seyf Fazil Məmmədovun (mərhum vergilər naziri - red.) və Mahir Rəfiyevin (vergilər nazirinin keçmiş müşaviri) tapşırığı olmadan açılmazdı. Yalnız Mahir Rəfiyevin tapşırığıyla açılardı, kiməsə pul verilərdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə verirdim. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilmirəm. Mən verilən tapşırığı icra etmişəm”. 

Xamiz Süleymanov hakimə bildirib ki, ibtidai istintaqa verdiyi ifadəsi yox, məhkəmədəki ifadəsi səmimidir.  

 

Sonra Xamiz Süleymanovun qardaşı, bankın xəzinədarı işləmiş Xəyyam Süleymanov ifadə verib. O, ifadəsində Zahid Niftəliyevi dəfələrlə bankda gördüyünü bildirib: “Xəzinəyə müəyyən məbləğ sifariş olunmuşdu, çekin yiyəsi Zahid Niftəliyev idi. 7 milyon manat  civarında məbləğ idi. Çeki Niftəliyev imzalayıb. Pulu da özü alıb. Başqasının alması mümkün deyil. İmzaladı, pulu götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, başqa heç bir ünsiyyətim olmayıb”. 

Şahid vəkil Əli Adıgözəlovun suallarını cavablayarkən deyib ki, 39 milyon manatın Zahid Niftəliyevə verilməsini xatırlamır, ondan başqa xəzinədar Barat Heydərov da müştərilərə xidmət göstərib. Təqsirləndirilən şəxs Zahid Niftəliyevsə ümumiyyətlə, Xəyyam Süleymanovu tanımadığını və ondan pul almadığını bildirib: “Mən bu adamı görməmişəm, tanımıram. Xəyyam Süleymanov, Allahın, insafın varsa, düzünü danış. Onsuz da Allah qarşında cavab verəcəksən”. 

Şahidsə bir daha təkrarlayıb ki, Zahid Niftəliyevin qəbz imzalaması müqabilində xəzinədən ona 7 milyon 350 min manat pul verib. 

Hakim növbəti məhkəmə iclasını dekabrın 18-nə təyin edib. Həmin gün də şahidlərin dindirilməsi nəzərdə tutulub. 

Zahid Niftəliyevin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olduğu deyilir. İki il əvvəl orduda rüşvətalma ittihamı ilə həbs edilmişdi. Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza vermişdi. 

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. 

İstintaq davam etdiyi dövrdə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

DTX isə onu öz adına formal şirkət açaraq “Atabank”dan köçürülmüş 42 milyon manat krediti mənimsəmə faktı üzrə cəlb edib.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

"Abzas"çılar aclıq aksiyasını dayandırıb 

4 İyul 2025

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan əməkdaşları bu yaxınlarda başladıqları aclıq aksiyasını dayandırıblar.  Bu barədə “Abzas Media" jurnalistlərin yaxınlarına istinadən xəbər verib.  Xəbərdə bildirilir ki, 9 gündür aclıq edən "Abzas Media"nın direktoru Ülvi Həsənli iyulun 4-də ailə üzvləri ilə telefon danışığında aclıq aksiyasını dayandırdığını deyib. O, qərarını ona həmrəy olmaq üçün aclığa başlayan qadın jurnalistlərin səhhətindən narahat olması ilə izah edib.  Bundan sonra 3 gündür aclıq edən "Abzas Media"nın jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da aclığı dayandırdığı bildirilir.  Həsənli daha öncə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi. O, həyat yoldaşı və iki...
Məhkəmə

Ülvi Həsənlinin aclıq aksiyasına qoşulan “Abzas”çılara təzyiq olunduğu deyilir 

4 İyul 2025

Foto: sosial media

“Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova həbsdə olan direktor Ülvi Həsənlinin aclıq aksiyasına qoşulublar.  “Abzas Media" iyulun 3-də xəbər verir ki, Vaqifqizi və Qasımova aclıq etmələri və buna görə zorakılığa məruz qalmaları ilə bağlı ailələrinə xəbər verdikləri zaman telefon zəngi kəsilib.  "Onlar Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər, onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb", - yaxınları nəşrə bildirib.  Həsənli daha öncə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi. O, həyat...

Seçilmiş Videolar

Toplum TV loqo