Multimedia

Əsgər oğlunun qətlinə ədalət tələb etdi, ruhi dispanserə saldılar

23 İyun, 2022
3404

Sürayə Babayevanın oğlu Rəşid Babayev 4 il yarım orduda hərbi həkim kimi çalışıb. O, 2020-ci il noyabrın 12-də - 44günlük müharibədən sonra vəfat edib. 

Gəncə Hərbi Prokurorluğu R. Babayevin ölümünü intihar adlandırsa da, ailəsi bununla razılaşmır. Oğlunun müəmmalı şəkildə ölümünə etiraz edən Şəmsəddin Babayev isə iradəsi əleyhinə ruhi əsəb dispanserinə yatırılıb.  
 
Sürayə Babayeva deyir, Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Prezidentə, vitse-prezidentə dəfələrlə məktublar göndərsələr də, müraciətlərinə cavab verən olmayıb. Buna görə də əri – Şəmsəddin Babayev oğlunun ölümünə diqqət çəkmək üçün Tərtər hadisələrilə bağlı keçirilən 16 iyun aksiyasına çıxıb.  
 
Qadın iddia edir ki, həmin aksiya zamanı polislər Şəmsəddin Babayevi saxlayaraq 18-ci polis bölməsinə aparıblar. Ona bölmədə zorakılıq göstəriblər. Bir gün sonra da onu Maştağadakı ruhi əsəb dispanserinə yatırıblar.

İndi ana – Sürayə Babayeva təkcə oğlu üçün deyil, həm də əri üçün ədalət tələb edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo