Açıq mənbələrdən götürülüb
“Nazirlik olaraq araşdırmamızı aparmışıq və yekun qərarımız budur”.
Özünü yandıraraq intihar edən I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu bu gün vəfat edib.
Faktla bağlı artıq Baş prokurorluq araşdırmalara başlayıb.
https://toplum.tv/sosial/ozune-qesd-eden-qazi-vefat-etdi-nazirlik-iddialarin-esassiz-oldugunu-deyir
Ailəsi Nazir Həsənovun əlillik pensiyası kəsildiyi üçün onun addımı atdığını söyləyir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə iddiaların əsassız olduğunu bildirilib.
“Diaqnoza uyğun əlillik təyinatı aparılır”
Toplum TV-yə açıqlama verən nazirlik rəsmisi Tural Qurbanov əlillik təyinatını onlara göndərilən tibbi arayışlara əsasən təyin etdiklərini bildirib:
“2021-ci ilin may ayında vətəndaşa 5 illik müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb. O əlilliyə görə də aylıq müavinət alırdı. Vətəndaş əyani müayinədə iştirak edib. Biz tibb müəssisəsinin göndərdiyi göndəriş əsasında qiymətləndirmə aparmışıq. Həmin göndərişdə vətəndaşın dediyi diaqnozların heç biri qeyd olunmayıb. Tibb müəsisəsinin göndərdiyi göndərişdə (Forma 88) baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları qeyd olunub və bunun hərbi xidmətlə əlaqəsinin olmadığı müəyyən edilib”.
T.Qurbanov bundan öncə qaziyə veteran təqaüdünün verilməsini isə belə açıqlayıb:
“Əlillik təyinatları müddətli və müddətsiz olur. Müddətli əlilliklərdə müddət bitdikdə vətəndaş tibb müəssisəsinə müayinə üçün yenidən müraciət edir. Vətəndaşın sonuncu sağlamlıq müayinəsini aparılarkən tibb müəssisəsi hansı diaqnozu qeyd edibsə, ona uyğun olaraq da əlillik təyinatı aparılır. Vaxtilə vətəndaşa qəlpə yaralarından aldığı travmalara görə tibbi göndəriş verilmişdi. Amma 5 il əlillik müddəti bitdikdən sonra vətəndaşın ağırlaşmaları daha da artıb, amma bu dəfə bunlar hərbi səbəblərdən deyil, sonradan yaranan səbəblərdən baş verib. Ona görə də ümumi səbəbdən əlillik təyinatı aparılıb”.
Qurbanov nazirliyin araşdırma apardığını və yekun qərar verdiyini bildirib.
“Onu artıq kim qaytara bilər?”
Vəfat edən qazinin oğlu Mübariz Həsənov isə nazirliyin izahatını qəbul etmir. O sual edir ki, əgər atası anadangələmə xəstə idisə, bu vaxta qədər necə veteran təqaüdü alıb:
“Atamın pensiyası bir ildən artıqdır ki, kəsilmişdi. 9 il idi pensiya alırdı. 10-cu ilinə keçəndə son dəfə komissiyadan keçəcəkdi və bununla da ona ömürlük əlillik təyin olunacaqdı. O zaman sənədləri Əlillərin Bərpa Mərkəzinə göndərildi. Orada yoxlanıldı sənədlər, amma imtina cavabı gəldi. Təkrar müayinə istədilər. İkinci dəfə təkrar müayinə aparıldı. Əlillərin Bərpa Mərkəzindən bu dəfə bildirdilər ki, xəstəlik anadangəlmədir. Anadangəlmədirsə, bu insan 9 il pensiyanı necə alıb? Saxta sənədlə alıb?
M.Həsənov iddia edir ki, kim rüşvət verməsə, onun təqaüdünü kəsirlər.
“Baxmırlar. Kim 3-5 min verir, deyirlər ki, gəl sənin işini düzəldim. Amma kim vermir, onun işinə baxmırlar. İnsan həyatından bezər də. İş qabiliyyətin itirib. Başında 28 qəlpə yarası var idi. Dərmanlarını da kəsdilər, ağrılara dözə bilmədi. Başındakı qəlpələrə görə ozünü idarə edə bilmirdi. Onu artıq kim qaytara bilər?”
M.Həsənovun indi tələbi işin düzgün araşdırılmasıdır: “Arayışı səhv yazan Elşən Cavadovun da , digərlərinin də işinin araşdırılmasını tələb edirəm.Əgər baxmasalar, hara lazımdır, gedəcəm. Qoymayacam ki, atamın işi belə qalsın”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərbaycan və Fransa arasındakı “soyuq müharibə” rəsmiləşir – GÜNÜN İCMALI
Toplum TV
Rusiya Ukraynaya hərbi dəstək verən ölkələri nüvə silahıyla hədələyir – GÜNÜN İCMALI
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?