Multimedia

Kasıbçılıqdan uşaqlarımı məktəbə göndərə bilmirəm

21 sentyabr, 2022
2341

Toplum TV-nin Qaynar Xəttinə müraciət edən Anar Manafov güzəranından şikayətçidir. 2017-ci ildə həyat yoldaşının epilepsiya xəstəsi olduğu müəyyən olunub. Onun sözlərinə görə, xəstəliyin müalicəsi üçün tələb olunan məbləği ödəməkdə çətinlik çəkir.

Ailənin yeganə işləyən üzvü Anar Manafov fəhləliklə ailəsini dolandırır. Onun büdcəsi həyat yoldaşını müalicə etməyə çtmır. O, təkcə Həyat yoldaşının deyil, oğlunun xəstəlik dərdini də çəkir.

Xəstəliklərin müalicəsi üçün bir çox yerə müraciət edən Anar Manafov bir dəfə Mehriban Əliyevanın da qəbulunda olub. Toplum TV məsələni araşdırarkən TƏBİB-dən bildiriblər ki, xəstəliklərin müalicəsini nəzarətə götürüblər, icbari tibbi sığorta çərçivəsində müalicə almalarına kömək edəcəklər. 

Ancaq ailənin tək problemi bu deyil. 3 uşaq atası Anar Manafov deyir, həyat yoldaşının xəstəliyi ilə maraqlandığı üçün vaxtında uşaqlarını məktəbə göndərməyib. İndi isə yaşları keçib deyə, məktəblər uşaqları götürmür. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyir ki, problemlə bağlı vətəndaşlar "portal.az"-a müraciət ünvanlamalıdırlar. Bu hal araşdırılıb ailəyə məlumat veriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülh gündəliyini dəyişə bilərmi?

14 noyabr 2026
 İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma istiqamətində irəliləsə də, zaman-zaman gərginliklər müşahidə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin ötən ay xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini “Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi” adlandırması da belə məqamlardan biri olub. Bu açıqlama “Sülh körpüsü” təşəbbüsünün sonuncu görüşünün təxirə salınması fonunda hər iki cəmiyyətdə suallar yaradıb. Qarşılıqlı etimadı artırmaq məqsədi daşıyan təşəbbüs iki ölkənin ekspertləri müəyyən müddətdən bir dialoq masasına əyləşdirirdi. Hər iki ölkə nümayəndələrinin iştirak etdiyi görüşlər növbə ilə Azərbaycan və Ermənistanda keçirilirdi.
Multimedia

 

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

13 noyabr 2026
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub.

Seçilmiş Videolar

Toplum TV loqo