Multimedia

Şikayətçi: “İcra başçısının təhdidi ilə istefa ərizəmi yazdım”

5 sentyabr, 2022
2419

Toplum TV-nin qaynar xəttinə müraciət edən Vasif Babayev iddia edir ki, Ağsu Rayon İcra Hakimiyyətinin tabeliyində olan su maşının sürücüsü olub. O, maşında olan problemləri icra başçısına məruzə etmək üçün onun qəbuluna gedib. Ancaq iddia edir ki, əsəbləşən icra başçısı təhdidlə onu işdən çıxmağa məcbur edib. 

Bundan sonra Vasif Babayev prezidentin ünvanına şikayət məktubları göndərib.  

Ağsu Rayon İcra Hakimiyyətinə təyin olunan yeni icra başçısı Rövşən Bağırov  Vasif Babayevi qəbul edərək onu işlə təmin edəcəyi barədə vəd verib. Şikayətçinin sözlərinə görə, verilən vədlərə sonradan əməl olunmayıb.

https://toplum.tv/sosial/wolt-a-etiraz-eden-aksiyaci-cagirib-dediler-ki-dovletle-dovletcilik-eleme 

Əlacsız qalan Vasif Babayevin tək ümidi  Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi olub. O, bu mərkəzə də dəfələrlə üz tutub. Ancaq ordan da müsbət cavab almayan Vasif Babayev hazırda nə işləyəcəyini bilmir. 

Ağsu Rayon İcra Hakimiyyəti Toplum TV- nin suallarını cavablandırıb. Bildirilib ki, Vasif Babayevin su maşını ilə təmin edilməsi mümkün olmayıb.  "Əgər düşünürsə ki, onu qanunsuz işdən azad ediblər, adiyyatı üzrə məhkəmə orqanlarına şikayət edə bilər", - məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülh gündəliyini dəyişə bilərmi?

14 noyabr 2026
 İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma istiqamətində irəliləsə də, zaman-zaman gərginliklər müşahidə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin ötən ay xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini “Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi” adlandırması da belə məqamlardan biri olub. Bu açıqlama “Sülh körpüsü” təşəbbüsünün sonuncu görüşünün təxirə salınması fonunda hər iki cəmiyyətdə suallar yaradıb. Qarşılıqlı etimadı artırmaq məqsədi daşıyan təşəbbüs iki ölkənin ekspertləri müəyyən müddətdən bir dialoq masasına əyləşdirirdi. Hər iki ölkə nümayəndələrinin iştirak etdiyi görüşlər növbə ilə Azərbaycan və Ermənistanda keçirilirdi.
Multimedia

 

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

13 noyabr 2026
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub.

Seçilmiş Videolar

Toplum TV loqo