Bura Buzovna-Zağulba magistral yoludur. Avtomobillər üçün maksimum sürət 110, minimum sürət isə 70-dir.
Böyük marketlər, məktəb və digər obyektlər qarşı tərəfdə yerləşdiyindən Buzovna sakinləri hər gün bu yoldan istifadə edirlər. Piyada keçidinin olmaması yolu təhlükəli edir.
Sakinlərin dediyinə görə, bir neçə il əvvələ kimi Buzovna magistral yolu yararsız imiş. Şikayətlərdən sonra yollar təmir olunub. Həmçinin Buzovnada keçid də tikilib. Ancaq bu keçiddən istifadə etmək üçün insanlar 1 km-ə yaxın yol getməlidirlər. Həmin keçidin sonunda da sakinləri daha bir sürpriz gözləyir.
Sözügedən ərazilərdə yol tikintisinin norma və qaydalarına uyğun olaraq aparılmasına Azərbaycan Avtomobil Yolları Agentliyi nəzarət edir. Ancaq bu qurumdan suallarımıza cavab almaq mümkün olmadı.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən “Toplum TV”yə bildirilib ki, son 6 ayda Zuğulba şosesində piyada vurma hadisəsi olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”