Sosial

Bakıda 26 yol qəzası baş verib, ölən var

24 Fevral, 2021
3211

Toplum.TV

“Səhər saatlarından indiyə qədər əlimizdə olan məlumata görə, yol və meteroloji şəraitin nəzərə alınmadığı və sürət həddinə diqqət yetirilmədiyi üçün maddi zərərlə nəticələnən 26 yol-nəqliyyat hadisəsi baş verib”.

Bunu “Toplum TV”-yə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Sosial media- Vaqif Əsədov​​​​​​

Qeydə alınan qəzalardan biri 10 avtomobilin iştirakı ilə baş verib və ilkin məlumata görə, bir nəfər həlak olub.

Hadisə səhər saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, yük maşını idarəetməni itirərək aşıb və nəticədə bir neçə avtomobil toqquşub. 

Toplum.TV



Vaqif Əsədov qəzaların səbəbini sərt hava şəraiti ilə əlaqələndirib: “Fevralın 23-dən etibarən hava şəraitinin kəskin dəyişməsi, xüsusilə də ölkə ərazisində və Bakı şəhərində qarın yağması yollarda buzlaşmaya səbəb olub. Bu da nəqliyyatın hərəkətində intensivliyi aşağı salıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülüb və əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət göstəriblər. Yolların təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq qurumlarla birgə, yəni Bakı Şəhər İcra Hakimiyyəti və “Azəravtoyol”un xüsusi texnikaları ilə şəxsi heyətinin hesabına təmizlik işləri də aparılıb. Lakin duman, çiskin, şaxta və qarın davam etməsi bəzi ərazilərdə sürüşmə ehtimalını yaradıb. Xüsusilə enişli-yoxuşlu yollar, sərt döngələr, körpü və tunellər avtomobillərin hərəkətində problemlər yaşadıb. Bu səbəbdən sizin vasitənizlə avtomobil sürücülərə müraciə edirik ki, belə hava şəraitində vəziyyəti düzgün qiymətləndirib şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Toplum.TV


O, ictimai nəqliyyat vasitələri ilə hərəkətin tənzimlənməsini daha məqsədəuyğun hesab edir: “Ayrıca, paytaxtın bəzi ərazilərində dünəndən etdiyimiz müraciətlərə baxmayaraq istismara yararasız və texniki cəhətdən nasaz təxminən 9 avtomobil aşkarlanıb. Onlar yolun hərəkət hissəsində xarab olub dayandığı üçün həmin istiqamətdə nəqliyyatın hərəkətində problemlər yaradıb”.

Toplum.TV​​​



O, Dövlət Yol Polisi İdarəsinin sürücülərə tövsiyələr verdiyini də qeyd edib: “Sürücülərə minimum sürət həddi seçməyi, ara məsafəsini normadan artıq götürməyi və yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Nəqliyyat vasitəsi sürüşdüyü halda təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir. Bundan başqa, bəzi ərazilərdə dövlət nömrə nişanları və işıqları görünmədən avtomobillərin idarə edilməsi faktları aşkarlanıb. Bununla əlaqədar olaraq sürücülərə bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunda hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının görünməsinin vacibliyi qeyd edilib. Bu tələblər pozulduğu halda, inzibati xəta tərkibinin yarandığını və cərimələnmə ilə nəticələndiyini unutmasınlar. Piyadalar isə ictimai nəqliyyat vasitələrini yalnız ayrılmış dayanacaqda gözləməli, avtobus tam dayandıqdan sonra enib-düşmə prosesləri həyata keçirilməlidirlər. Yolların hərəkət hissəsinə çıxılmamalı, xüsusilə azyaşlı uşaqların yolların bu hissəsində oynamalarının qarşısı alınmalıdır”.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo