Açıq mənbələrdən götürülüb
Bu gün, mayın 25-də bəzi xəbər saytları Bakıda "manatlıq" taksilərin yığışdırılacağı ilə bağlı xəbər yayıb.
İddiaya görə, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Lakin qurumun rəsmi səhifəsində bu barədə heç bir məlumat qeyd olunmayıb.
"Toplum TV" məlumatı dəqiqləşdirmək üçün Vaqif Əsədovla əlaqə saxlayıb.
DYP rəsmisi açıqlamasında bildirib ki, manatlıq taksilər yığışdırılmayacaq, sadəcə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar barədə daha ciddi tədbirlər görüləcək.
"Vətəndaşlara bir daha müraciət edirik ki, qanuni fəaliyyət göstərən taksilərdən, Bakı Nəqliyyat Agentliyi tərəfindən təsdiqlənən avtobuslardan istifadə etsinlər. Təəssüf ki, qanunsuz taksi fəaliyyətilə məşğul olanlar daha çox pul qazanmaq üçün yol boyu qoyulan nişanlara əhəmiyyət vermir, geri qayıdıb daha çox sərnişin yığmaq üçün sürət həddini aşırlar. Bütün bunlar da yol qəza hadisələrinə gətirib çıxarır", - deyə V. Əsədov əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”