Foto: Trend News Agency
“Sputnik Azərbaycan”ın iyunun 30-da saxlanılan əməkdaşları haqqında cinayət işi açılıb.
Bu barədə APA Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb.
Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, ümumilikdə isə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
DİN-in yaydığı açıqlamada isə qeyd olunur ki, “Sputnik Azərbaycan”ın bu ilin fevralında akkreditasiyası dayandırılsa da, media orqanının “qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında” DİN araşdırmalara başlayıb.
Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib.
İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülməsi ilə gərginlik pik həddə çatıb. Əməliyyat çərçivəsində ümumilikdə doqquz azərbaycanlının saxlanıldığı və 10-dan çox mənzildə axtarış aparıldığı bildirilir.
İyunun 28-də Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona “kəskin etiraz” bildirilib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonunda Azərbaycana nəzərdə tutulan səfəri, habelə Rusiya xətti ilə Azərbaycanda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbə
Foto: açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb