Ölkə

DTX 5 ölkədə keçirilən əməliyyatlarda 10 nəfərin saxlanıldığını bildirir

18 Sentyabr, 2026
20

sosial media

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Sentyabrın 18-də yayılan məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib”.

DTX bildirir ki, onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.

Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər".

DTX vurğulayır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş ölkə ərazisində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanıb.

Bu şəxslər terroru maliyyələşdirmə, cinayətkar qrup yaratma, həmçinin dövlət və ya ictimai xadimə sui-qəsdə hazırlıq kimi maddələrlə ittiham olunurlar. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

DTX əməliyyatların keçirildiyi beş ölkənin və sui-qəsdin hədəfi olduğu bildirilən ictimai və dini xadimlərin adlarını açıqlamayıb. Saxlanılan şəxslərin və müdafiəçilərinin ittihamlara münasibəti barədə məlumat verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Azərbaycanda karantin rejimi yenə uzadılıb

17 Sentyabr 2026

sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. Bu barədə baş nazir Əli Əsədov sentyabrın 17-də qərar imzalayıb. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 1 oktyabr 2026-cı ilədək müddəti əhatə edirdi. Azərbaycan ilk dəfə 2020-ci ilin martında, dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığı dövrdə xüsusi karantin rejimi elan edib və qonşu ölkələrlə sərhədlərini bağlayıb. O vaxtdan bəri karantin rejimi hər üç aydan bir uzadılır. Dünya Səhiyyə Təşkilatı isə hələ 2023-cü ilin mayında COVID-19 infeksiyasının artıq pandemiya xarakteri daşımadığını elan edib....
Ölkə

Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib

16 Sentyabr 2026

sosial media

Kəlbəcərdə tikinti işləri aparmış şirkət işçiləri əmək müqaviləsi olmadan işlətdiyinə görə 20 min manat cərimələnib. "Abzas Media"nın xəbərinə görə, adı açıqlanmayan şirkət sentyabrın 4-də Qaradağ Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işə cəlb edilməsi) ilə təqsirli bilinib.  Məlumata görə, işçilər Kəlbəcərin Zar kəndində evlərin dam örtüyünün vurulması işinə cəlb edilib. Şirkət onlarla işə başlamazdan əvvəl əmək müqaviləsi bağlamayıb və bu barədə məlumat elektron sistemə daxil edilməyib.  İşçilərdən biri ərizəsində qeyd edib ki, ilk iş günündə elektrik mişarı onun sol biləyini kəsib. O, xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. İşçinin sözlərinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo