Şəhid atası ona verilən torpağın və tikilən evin sənədini ala bilmədiyini deyir
Açıq mənbələrdən götürülüb
Astara rayon Rudəkənar kənd sakini, şəhid atası Məmməd Abdullayev deyir ki, Astara Rayon İcra Hakimiyyəti tərəfindən ona 6 sot torpaq sahəsi verilib. Qonşu kənd olan Suparibağ kəndində isə öz şəxsi hesabına aldığı torpaqda İH onun üçün ev tikib. Ancaq vətəndaş nə torpağın, nə də ki, evin sənədini ala bilmir.
Şikayətçi iddia edir ki, məsələ ilə bağlı 23 ildir, İcra Hakimiyyətinə müraciət etsə də, ona sənədin verilməməsi ilə bağlı tutarlı bir səbəb göstərilmir.
“Oğlum Abdullayev Çingiz 1994-cü ildə Ağdamda döyüşlərdə itkin düşüb. Sonrdan şəhid statusu alıb. Şəhid atası sayıldığım üçün 1997-ci ildə Rudəkənar kəndində ev tikilməsi üçün mənə 6 sot torpaq sahəsi verdilər. Ancaq mənə ev tikmədilər. Mən də həmin yerdə obyekt - çayxana tikdim. Prezidentin qərarı ilə şəhid ailələrinə 6 sot torpaq verirsən, bunun sənədini də ver. Müraciət edirəm, gah deyirlər ki, o torpaq sizə icarəyə verilib, gah da deyirlər, pay torpağıdır. 70 yaşım var, məni ora-bura göndərib, süründürməçiliklə məşğuldurlar”.
https://toplum.tv/multimedia/vetendas-dovlet-yoxdursa-qocu-destesi-ile-problemimi-hell-edim
Şikayətçi deyir ki, qonşu Suparibağ kəndində ev tikmək üçün ona öz şəxsi hesabına torpaq aldırıblar: “İcra Hakimiyyəti həmin torpaqda bizim üçün 3 otaqlı mənzil tikib. Ancaq bu evin də sənədini vermədilər. 1997-ci ildən bəri mən nə torpağın, nə də evin sənədini ala bilirəm”.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev Toplum TV-ə açıqlamasında məsələdən xəbərdar olduğunu dedi: “Bu, bələdiyyənin kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaq sahəsidir. Əkin məqsədli torpaq sahəsi olduğu üçün də onu həyətyanı sahə kimi sənədləşdirmək mümkün deyil. Məsələnin mahiyyəti bundan ibarətdir”.
https://toplum.tv/multimedia/alti-aya-sigmayan-surundurmeciliyin-bedelini-elil-odeyir
İH tikdiyi evin sənədləşməsi məsələsinə gəlincə isə İlqar Malıyev bildirdi ki, vətəndaş lazımı prosedurlardan keçmədiyi üçün evin sənədini ala bilməyib.
“Bu evi tikinti şirkəti Sosial Müdafiə Nazirliyinin sifarişi əsasında tikib. Tikintini həyata keçirən qurum evin layihəsini İcra Hakimiyyətinə təqdim etməli idi, qayda budur. Əgər həmin tikinti şirkəti bunu etməyibsə, vətəndaş əlində onun üçün tikilən evin layihəsi varsa, o layihəni İcra Hakimiyyətinin memarlıq şöbəsinə gətirsin. Ondan sonra torpağın mülkiyyət hüququnu təsdiq edən sənədlə evin razılaşdırılmış layihəsini reyestrə təqdim edəcək. Bundan sonra müvafiq rüsumlar köçürüləndən sonra o sənəd veriləcək. Bu çətin bir prosedur deyil”, - deyə rəsmi bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sumqayıt sakinləri: “Yola çınqıl alıb tökdük, bələdiyyə gəlib qazdı, bərbad vəziyyətə saldı”
Toplum.TV
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?