Açıq mənbələrdən götürülüb
Şəmkir rayonu Mehrili kənd sakini Əsgərov Eldəniz ağır vərəm xəstəsidir. O, hazırda sürətlə çəki itirdiyini və dözülməz ağrılarının olduğunu deyir. Xəstəliyinin ağırlaşmasına səbəb isə müalicəsini davam etdirə bilməməsidir.
Dövlət tərəfindən 2 tablet dərman verildiyini deyən şikayətçi digər bütün dərmanları öz vəsaiti hesabına alır. Ancaq 3 aydır ki, pensiyası kəsilib və dərmanlarını ala bilmir. Pensiyasının kəsilmə səbəbi isə ona bəlli deyil.
“2002-ci ildə Füzuli rayonunda hərbi xidmətdə olmuşam. Xidmətimin 10-cu ayında sağlamlığımı itirdim. Soyuq səngərlərdə yata-yata vərəm xəstəsi oldum. Mən də qazi sayılıram. Hazırda ağır vərəm xəstəsiyəm. İllərdir müalicə alıram. Pensiyam kəsildiyi üçün 3 aydır müalicəmi davam etdirə bilmirəm. Müalicə almadıqda sürətlə arıqlayır, nəfəs darlığı problemi yaşayıram. Ağrılarım dözülməz dərəcədədir”.
https://toplum.tv/multimedia/vetendas-dovlet-yoxdursa-qocu-destesi-ile-problemimi-hell-edim
Şikayətçi deyir ki, 31 may 2022-ci ildə pensiya üçün komissiyadan keçsə də, 3 aydır ki, cavab gəlməyib.
“Şəmkir rayon Ağciyər Xəstəxanasından dedilər ki, biz komissiyanın cavabını kompüterə vurmuşuq. Yəqin nazirliyin yadından çıxıb, baxmayıb. Məndən sonra komissiyadan keçənlərin cavabı gəlib. 180 manat pensiya alıram, bilmirəm dərmanlarımı alım, ya yeməyimi”.
Əsgərov Eldəniz deyir ki, 2021-ci ilin iyul ayında da pensiyası kəsilmişdi və 5 ay ala bilməyib. Şikayətindən sonra isə bərpa edilib. Son 3 aydır ki, yenə eyni vəziyyət təkrarlanıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə açıqlamasında bildirdi ki, vətəndaş əyani müayinəyə dəvət ediləcək:
“Əsgərov Eldəniz Əziz oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndəriş rəsmiləşdirilib. Göndəriş səbəbi, hərbi xidmət dövrü ilə əlaqədar olduğu üçün vətəndaş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə dəvət olunacaq. Mərkəzi hərbi həkim komissiyası tərəfindən təqdim edilən şəhadətnaməsində qeyd olunan diaqnoz və hazırki vəziyyətinə əsasən, şəxsin əlilliyi ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sumqayıt sakinləri: “Yola çınqıl alıb tökdük, bələdiyyə gəlib qazdı, bərbad vəziyyətə saldı”
Toplum.TV
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?