Region

Gürcüstanda daha bir müxalifət lideri həbs olunub

13 İyun, 2025
133

Foto: Civil Georgia

Gürcüstanda daha bir müxalifət lideri həbs olunub. 

Bu, son 3 həftədə həbs olunan 3-cü müxalifət lideridir. 

İyunun 13-də “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Nika Qvaramia Rustavi məhkəməsinin önündə həbs olunub. 

Qvaramia daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi. 

O, girov müqabilində azadlıqda qala bilirdi. 

Lakin o, 30,000 lari (təxminən 18,750 manat) məbləğində təyin olunan girovu ödəməkdən imtina edib və onun azadlıqda qalma müddəti iyunun 13-də başa çatıb.

Daha əvvəl koalisiyanın digər liderləri Zurab Caparidze və Nika Meliya də eyni səbəblərlə həbs olunub. 

“Əgər bunun üçün həbsdə olmaqla bədəl ödəməliyəmsə, yaxşı, o zaman bu bədəli ödəyəcəyəm. Vicdanım qarşısında və Gürcüstan qarşısında haqlı olduğuma əminəm.
Əgər ölkəmizi xilas edə bilməsək, bu, tarixdə qara səhifə olacaq”
, - Qvaramia məhkəməyə getməzdən əvvəl “Facebook” səhifəsində yazıb. 

İstintaq komissiyası hökumətin təşəbbüsü ilə yaradılıb və deputat Tea Tsulukianinin rəhbərliyi ilə fəaliyyət göstərir. Məqsəd isə keçmiş hakim partiya, hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkatın (UNM) iddia olunan cinayətlərini araşdırmaqdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Gürcüstan hökuməti ATƏT-i yerli seçkilərə dəvət etməyəcək

19 İyun 2025

Foto: OC Media

Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilərinin oktyabrda keçiriləcək yerli seçkiləri müşahidə etmək üçün dəvət edilməyəcəyini açıqlayıb. Kobaxidze ATƏT/DTİHB-ni yerli seçkiləri müşahidə etməyə dəvət etməyin "standart təcrübə" olmadığını deyib. O, ATƏT/DTİHB müşahidəçilərinin 2021-ci ildə keçirilən yerli seçkilərə dəvət olunmasını "istisna hal" adlandırıb və qeyd edib ki, o zaman bu seçkilər bir növ parlament seçkiləri mövzusu ilə bağlı idi. "Yerli özünüidarə seçkiləri sağlam və lazımi şəraitdə keçiriləcək. Ona görə də bizim yerli seçkilərlə ATƏT/DTİHB-ni yükləmək həddindən artıq olardı”, - o əlavə edib. ATƏT 2006-cı ildən bəri 2014-cü il istisna olmaqla Gürcüstanda bütün yerli seçkiləri...
Region

Azərbaycanın axtarışa verdiyi erməni milyarder həbs olunub 

18 İyun 2025

Foto: tert.am

Erməni milyarder biznesmen Samvel Karapetyan iyunun 18-də Yerevanda həbs olunub.  Onun hakimiyyəti zorla ələ keçirməyə çağırışda ittiham olunduğu bildirilir.  Vəkilləri bildirib ki, Karapetyan ittihamı qəbul etmir.  Karapetyanın saxlanılması son zamanlar Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən qalmaqal fonunda baş verib. Milyarder kilsəni açıq şəkildə dəstəkləyib.  O, iyunun 17-də müsahibəsində kilsənin yanında olduğunu bildirib və siyasətçilər vəziyyəti həll etməsələr, "kilsəyə qarşı kampaniyanı dayandırmaq üçün öz üsulları ilə müdaxilə edəcəklərini" deyib.  Paşinyan sosial media hesabında Karapetyanın adını çəkmədən onun açıqlamasına cavab verib.  "Fahişəxanalıqla məşğul olan 'ruhanilər' və havadarları birdən-birə niyə belə fəallaşıblar? Narahat olmayın, biz onları yenidən zərərsizləşdirəcəyik....

Seçilmiş Videolar

Toplum TV loqo