Region

Paşinyan mitinqinə şagirdləri gətirdiyinə görə məktəb direktorlarını işdən çıxarıb

15 May, 2026
311

primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mitinqdə müəllim və şagirdləri iştirak edən məktəblərin direktorlarını işdən çıxarıb. 

Ermənistanda seçkiləri müşahidə edən "Akanates" təşkilatı mayın 13-də yaydığı hesabatda bu yaxınlarda Araqatsotn rayonunda Paşinyanın keçirdiyi mitinqə dörd məktəbin müəllim və şagirdlərinin xüsusi tapşırıqla gətirildiyini yazıb. 

“Xüsusilə narahatlıq doğuran məqam məktəb rəhbərliyinin birbaşa göstərişi ilə şagirdlərin dərslərdən çıxarılaraq baş naziri qarşılamağa aparılması və seçki təbliğatı tədbirində iştiraklarının təmin edilməsidir", - hesabatda deyilir. 

Həmçinin bildirilir ki, şagirdlərə əvvəlcədən xarici görünüşləri, geyimləri və saç düzümləri ilə bağlı məcburi göstərişlər verilib, qız şagirdlərdən hörük saç düzümü etmələri tələb olunub. 

Paşinyan mayın 14-də keçirdiyi mətbuat konfransında sözügedən məktəblərin direktorlarının onun tapşırığı ilə istefa ərizələrini təqdim etdiklərini açıqlayıb. 

O əlavə edib ki, insanları mitinqdə iştirak etməyə məcbur etmək üçün inzibati resurslardan istifadə olunması "cəzasız qala bilməz". 

Mayın 13-də isə Ermənistanın Təhsil Nazirliyi insidentlə bağlı daxili araşdırmaya başladığını elan edib və bütün hesabatların hüquq-mühafizə orqanlarına göndərildiyini əlavə edib. 

Nazirlik təhsil müəssisələrinin "siyasiləşdirilmədən fəaliyyət göstərməsinin vacibliyini" vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo