Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlarını elan etdi

29 Sentyabr, 2022
2340

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 29-da Azərbaycandan göndərilmiş 26 şikayət üzrə 5 yeni qərarını elan edib. Məhkəmə 2 şikayəti qəbuledilməz sayıb. Digər işlərdə tərəflər dostca anlaşıblar.

Bu barədə aihmaz.org saytı məlumat yayıb. 

"Əsədov Azərbaycana qarşı" - işində ərizəçiyə məxsus mülkiyyətin (yanacaq doldurma məntəqəsi) dövlət maraqları əsası ilə özgəninkiləşdirilməsi və sökülməsi, ərizəçiyə hər hansı kompensasiya ödənilməməsi ilə bağlı olub. Mübahisə ilə bağlı iki AİHM-ə iki fərqli məzmunda şikayət göndərilmişdi. Ərizəçi AİHM qarşısında iddia edir ki, ona məxsus mülkiyyətin sökülməsi, əlindən alınması, onun Konvensiyanın 6-cı, 8-ci, 13-cü və 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq və mülkiyyət hüququna müdaxilə məzmunda olub. Şikayət 2009-cu ildə göndərilmişdi.

https://toplum.tv/siyaset/avropa-mehkemesi-azerbaycan-hokumetini-cerimeledi-40250

AİHM bu şikayəti qəbuledilməz elan edib.

"Paşayev Azərbaycana qarşı" - məhkəmə işinin hallarına görə, ərizəçi Bakıda “Olimpus AZ” özəl tikinti şirkətindən iki mənzil alıb. Ancaq şirkət nə mənzilləri təhvil verib, nə də ərizəçinin ödədiyi vəsaiti geri verib. Şirkətin direktoru mənimsəmə cinayətinə görə, məhkum edildikdən sonra həbsxanada vəfat edib.

Ərizəçi məhkəmələrə müraciət edib, onun iddiaları təmin edilib və cavabdeh şirkətin üzərinə ərizəçiyə həm əsas borcu, həm də faizlərini ödəmək vəzifəsi qoyulub. Ancaq cavabdeh şirkət müflis olduğu və fəaliyyətini dayandırdığı üçün ərizəçiyə hər hansı ödəniş edilməyib.

Şikayətin komunikasiyası zamanı Hökumət, ərizəçinin xeyrinə olan milli məhkəmə qərarlarının icrası üçün mümkün olan hər şeyi edib. İcra vərəqəsi verilib, icra məmurları icra prosesini başlayıblar, ancaq cavabdeh şirkətin hər hansı əmlakı və gəliri olmadığından qərarın icrası mümkünsüz olub.Bu səbəblərə görə, dövlət mübahisəli qərarın icra olunmamasına görə məsuliyyət daşıya bilməz.

AİHM də öz qərarında belə qənaətə gəlib ki, hökumət yerli məhkəmnin ərizəçinin xeyrinə olan qərarının icrası üçün mümkün olanları edib.

“Məhkəmə qeyd edir ki, … məhkəmənin çıxardığı qərarların icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi kimi qəbul edilməlidir. Ancaq bu, dövlətin özəl şəxsin iflas etməsinə görə bir qərarın icra edilə bilməməsinə görə məsuliyyət daşıması anlamında başa düşülməməlidir…”, deyən AİHM belə durumlarda dövlətlərin vəzifəsinin məhkəmə qərarlarının icrasına səylə kömək göstərmək olduğunu qeyd edib. Məhkəməyə görə, hazırkı işdə dövlət məhkəmə qərarının icrasında ərizəçiyə köməklik göstərmək üçün səylə hərəkət edib. “Bundan başqa, ərizəçi istər daxili məhkəmələr, istərsə də Məhkəmə qarşısında qərarın icrası üçün, əgər varsa, başqa hansı konkret addımların atıla biləcəyini və atılmadığını, icra məmurları tərəfindən hansı konkret hərəkətsizliklərə yol verildiyini dəqiqləşdirməyib”.

Məhkəmə yekunda şikayəti əsassız olması səbəbi ilə rədd etməyə qərar verib.

"Rəşidov Azərbaycana qarşı" - məhkəmə işi də daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı idi.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşdıqlarına görə, AİHM şikayətin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3250 avro ödəyəcək.

"Sarıyev və 14 başqa ərizəçi Azərbaycana qarşı" - məhkəmə işində ərizəçilər toplaşmaq hüquqlarının (Maddə 11) pozuntusundan şikayət etmişdilər. Kommunikasiya zamanı tərəflər dostca anlaşma bağladıqlarına görə, AİHM ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Anlaşmaya görə, hökumət 15 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 39 000 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 6000 avro ödəyəcək.

(Ərizəçilər: Nurlan Sarıyev; Kazım İmanov; Məcnun Pirəliyev; Araz Səmədov və Şəfəq Səmədova; İlham Hüseynov; Yalçın Abdullayev; Emil Səlimov; Saqif Qurbanov; Emil Maniyev; Bəhruz Həsənov; Aqil Məhərrəmov; Ruslan Nəsirov; Yalçın Abdullayev; Məhərrəm Rzayev; Füzuli Hüseynov)

Şahhüseynov və 7 başqa ərizəçi Azərbaycana qarşı -  məhkəmə işi də toplaşmaq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Bu işdə də tərəflər kommunikasiya mərhələsində anlaşıblar.

Anlaşmaya görə, hökumət 8 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 20 800 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 1000 avro ödəyəcək.

(Ərizəçilər: Füzuli Şahhüseynov; İmaməddin Məhərrəmli; Məhəmməd Həbibov; Salman Sultanov; Azər Şamxalov; Ayaz Məhərrəmov; Xalqı Hüseynov və Vəlixan Hüseynov; Babək Həsənov)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo