Siyasət

Avropa Məhkəməsi Qənimət Zahidin iddiasını təmin etdi

30 İyun, 2022
2343

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 30-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edib. 

"Aihmaz.org" saytının məlumatına görə, məhkəmə 2 işdə ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb, 1 ərizə qəbuledilməz sayılıb.

Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı

AİHM ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyinə qərar verib. Pozuntunun tanınmasını ərizəçiyə dəymiş mənəvi zərəri kompensasiya etdiyi qənaətinə gələn məhkəmənin qərarına görə, hökumət hüquqi məsrəflərə görə ərizəçinin vəkilinə 1500 avro ödəyəcək.

Bu işdə ərizəçilər “Azadlıq” qəzeti və həmin qəzetin hadisələrin baş verdiyi vaxtda redaktoru olmuş Qənimət Zayidov (Zahid) idi.

Şikayət “Prezident köməkçisinin korrupsiya aparatı” sərlövhəli məqaləyə görə, ərizəçilərə qarşı qaldırlmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlı idi. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən olmuş Tariyel Ağayevin və qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs olunur, onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu. T.Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək, qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi – dəymiş mənəvi ziyana görə qəzet 40.000, qəzetin baş redaktoru isə 25.000 manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.

Ərizəçilər AİHM qarşısında iddia etmişdilər ki, milli məhkəmələrin qərarları onların ifadə azadlığı hüququna müdaxilə məzmunda olub – müdaxilə əsaslandırılmayıb və qeyri-mütənasib olub.

Fariz Namazlı Azərbaycana qarşı

AİHM bu işdə ərizənin qəbul edilməz sayılmasına qərar verib.

Bu işdə ifadə azadlığı (ictimai bilgilərə çatım) hüququnun pozuntusu mübahisələndirilmişdi. İfadə azadlığı ilə bağlı müxtəlif layihələri icra edən Media Hüququ İnstitutunun hüquqşunaslarından olan ərizəçi “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına sorğu ilə müraciət edib, xahiş etmişdi ki, Binəqədi rayonunun 2008-ci il büdcəsi, büdcənin xərclənmə durumu ilə bağlı bilgilərin ona təqdim olunmasını təmin etsin.

https://toplum.tv/siyaset/iki-ayi-bagislamagin-harasi-efvdir-prezidentin-19-gence-mehbusunu-efv-etmesine-munasibet

İcra Hakimiyyəti sorğuya cavab göndərmiş, ancaq istənilən informasiyaları təqdim etməmişdi. Ərizəçi məhkəməyə müraciət edərək, sorğu vasitəsilə istədiyi informasiyaların ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia təmin olunmamış, bildirilmişdi ki, ərizəçinin istədiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq açıq tutulmalı informasiyalar sırasına daxil deyil. Ərizəçinin həmin qərardan şikayəti də təmin edilməmişdi. Apelyasiya instansiyası qərarında qeyd etmişdi ki, ərizəçi məlumatı hansı məqsədlə əldə etmək istədiyini əsaslandırmayıb. Ərizəçinin kassasiya şikayətini Ali Məhkəmə rədd etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, istədiyi publik bilgilərin təqdim edilməməsi onun ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnu pozub (Maddə 10). Ərizəçi həmçinin, yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığını iddia edirdi (Maddə 6).

Rövşən Əhmədli Azərbaycana qarşı

Bu işdə AİHM ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. Hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3600, xərc məsrəflərə görə 500 avro ödəməlidir.

Bu iş hadisələrin baş verdiyi vaxtda İslam Partiyası sədrinin müavini olmuş R.Əhmədlinin inzibati qaydada həbs edilməsi ilə bağlı idi. Ərizəçi şikayətində bildirmişdi ki, 2011-ci ilin yanvar ayında evində üç polis əməkdaşı və iki mülki geyimli zabit tərəfindən polis idarəsinə aparılıb. İdarədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən ərizəçi, polis əməkdaşının qanuni tələbinə (ictimai yerdə səs-küy salmağı dayandırmaq) tabe olmamaqda günahkar bilinib, 10 sutkalığa həbs edilmişdi. Ərizəçi iddia edirdi ki, barəsindəki məhkəmə qərarları əsassız olub, ona müdafiəsini hazırlamağa vaxt verilməyib, şərait yaradılmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo