Siyasət

Azərbaycan MDB Oyunlarına namizədliyini rəsmən irəli sürüb

9 Sentyabr, 2021
1435

Açıq mənbələrdən götürülüb

Azərbaycan MDB ölkələrinin II Oyunlarına namizədliyini rəsmən irəli sürüb.

"Report"un məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının iclasında Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov açıqlama verib. Novruzov son zamanlar Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...
Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib.  BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib.  Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir.  Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar. Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər.  Lakin bu, BMT qurumu tərəfindən aparılan...

Seçilmiş Videolar

Toplum TV loqo