Sosial Media
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Bu barədə "report.az"-a YAP-dan məlumat verilib.
Bildirilib ki, növbədənkənar qurultay martın 5-də baş tutacaq.
YAP-ın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qərarı şərh etmək istəməyib.
YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov isə “Toplum TV”-yə açıqlamasında qurultaydan xəbərsiz olduğunu deyib: "Bəlkə də, 15-ci jurnalistsiniz ki, bununla bağlı mənə zəng edirsiniz. Qurultaydan xəbərimiz olmadığı üçün müsahibə vermirəm”.
Deputat hazırda Cəlilabadda olduğunu bildirib: “Bu dəqiqə şəhid ailələrini və onların məzarlarını ziyarət edirəm. Ona görə də heç bir məlumatım yoxdur”.
YAP-ın mətbuat katibi ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
Partiyanın sonuncu - VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.
Nigar Səmədli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar