Siyasət

Elman Nəsirov: "YAP-da da islahatlara böyük ehtiyac vardı" 

9 mart, 2021
3840

Sosial Media

"Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayını zəruri edən Vətən müharibəsindən sonra yaranmış reallıq idi. Artıq yeni reallıqlar yaranıb və bu durumda qarşımızda yeni vəzifələr durur. Həmin vəzifələrin icrası üçün ölkəmizin siyasi sisteminin mərkəzi elementi olan YAP-da da islahatlara böyük ehtiyac vardı”. 

Milli Məclisin deputatı Elman Nəsirov “Toplum TV”-nin "YAP-ın Nizamnaməsində hansı dəyişikliklər olub?" sualına cavab verərkən belə deyib. 
 
O bildirib ki, qurultayda müzakirəyə çıxarılan məsələlər yeni nizamnamənin qəbulu və strukturun dəyişməsilə bağlı olub. Yeni nizamnaməyə görə, partiyada icra katibi vəzifəsi ləğv edildi, onun yerinə Mərkəzi Aparatın rəhbəri vəzifəsi təsis edildi və bu vəzifəyə, həmçinin partiya sədrinin müavini vəzifəsinə Tahir Budaqov təyin olundu. Bununla yanaşı, partiya sədrinin birinci müavini vəzifəsi yaradıldı və Birinci vitse-prezident Mehriban Əliyeva bu vəzifəyə təyin olundu". 

Elman Nəsirov deyib ki, qurultayda partiyanın İdarə Heyətinin 40 nəfərlik, Təftiş Komissiyasının 13 nəfərlik tərkibi təsdiq edilib, həmçinin 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb.

Bundan başqa, qurultayda Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının YAP-a birləşmək barədə müraciətlərinə əsasən bu qurumların təşkilata birləşdirilməsi haqda qərar qəbul olunub.

Onun sözlərinə görə, İdarə Heyətinin yaradılmasında məqsəd YAP-ın fəaliyyətinə operativlik gətirməkdir: "Hazırki tərkiblə partiyanın fəaliyyətinə çeviklik, operativlik gətirilməsi və gələcək vəzifələrin icrası hədəf kimi qoyulub. Qarşıda dayanan əsas məsələlərdən biri isə siyasi dialoqların aparılması, ümummilli məsələlərdə siyasi partiyaların ortaq mövqedən çıxış etməsi istiqamətində nəticələrə müvəffəq olunmasıdır. Artıq bu sahədə ciddi nailiyyətlər var və bu siyasətin davam etdirilməsi və dərinləşdirilməsi kursu müəyyən edilib. Artıq prezidentin siyasi iradəsi ilə ölkəmizdəki siyası partiyaların 52-dən 51-i ümummilli məsələlərdə ortaq mövqe nümayiş etdirə bilirlər". 

O, hakimiyyətlə dialoqla getməyən yeganə siyasi qüvvənin Milli Şura olduğunu qeyd edib. 

YAP-ın digər deputatı Məlahət İbrahimqızı 6 partiyanın YAP-a qoşulmasını əlamətdar hadisə sayır: “Bu onu göstərir ki, YAP-ın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. YAP Azərbaycanın alternativi olmayan bir xalq partiyasıdır. YAP-ın ümumxalq partiya olması o deməkdir ki, bu partiya xalqı bir yumruq kimi birləşdirir və xalqın bütün təbəqələri bu partiyaya inanır". 

Deputat bildirib ki, partiyanın yeni proqramı da qəbul olunacaq: “Sədrimiz dedi ki, YAP-ın yeni proqramı hazırlanmalı və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməli, "Böyük Qayıdış" proqramını çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalıdır”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb

3 noyabr 2026

sosial media

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb. AXCP üzvlərinin yaydığı məlumata görə, məhkəmə iclası qapalı keçirilib. Partiya fəalları jurnalistlərin, dəstək üçün gələn şəxslərin və AXCP üzvlərinin məhkəmə binasına buraxılmadığını bildiriblər. Məlumata görə, təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin Əli Kərimlinin vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətləri təmin olunmayıb. Əli Kərimli ittihamın əsassız olduğunu deyərək cinayət işinə xitam verilməsini tələb edib. O, prosesin qapalı keçirilməsinə etiraz edib və məhkəmə iclasları bu qaydada davam edəcəyi halda,...
Siyasət

Avropa İttifaqı: Jurnalistlərə qarşı cinayətlər cəzasız qalmamalıdır

3 noyabr 2026

sosial media

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, təqib olunması, qanunsuz saxlanılması və peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb. Noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, dünyanın müxtəlif yerlərində jurnalistlər öldürülür, işgəncəyə məruz qalır, təqib edilir, həbs olunur və ölkələrini tərk etməyə məcbur qalırlar. “Jurnalistlər onlayn təqib, qanunsuz müşahidə, nüfuzdan salma kampaniyaları, məhkəmə iddialarından sui-istifadə və iqtisadi təzyiqlərlə üzləşirlər”, - bəyanatda bildirilib. Aİ rəsmiləri qadın jurnalistlərin bu cür hücumlarla...

Seçilmiş Videolar

Toplum TV loqo